Ermənistanda keçmiş prezident Serj Sərkisyanın mühafizə xidmətinin keçmiş rəhbəri, bu günlərdə bankdan milyonlarla dollar çıxararkən həbs edilmiş Vaçaqan Kazaryanın oğlu silah alveri ilə məşğul imiş
Virtualaz.org xəbər verir ki, bunu “Rosbalt”a müsahibəsində erməni siyasətçi və ictimai xadim Boris Avakyan deyib.
“Heç kimə sirr deyil ki, Vaçaqan Kazaryan Dövlət Gəlirləri Komitəsini, hansı ki, bura gömrük və vergi xidmətləri də daxildir, tamamilə nəzarət altında saxlayırdı. Habelə onun Mərkəzi Bank üzərində böyük təsiri vardı. İndi belə görünür ki, o kölgə biznes-sxemlərinə himayəçilikdən əldə etdiyi pulları ölkədən çıxarmaq istəyirmiş. Kazaryandan tapılan pulların məbləği məni qətiyyən təəcübləndirmir. Hətta onun oğlu mənimlə tanış olan vaxtlarda, özü də şahidlərin yanında deyirdi ki, silah alveri ilə məşğuldur və Serj Sərkisyandan sonra Ermənistanın növbəti prezidenti olacaq. Vaçaqan Kazaryanın arzusunun səviyyəsindən çıxış edərək onun özünün ambisiyaları haqda fikir yürütmək olar”-erməni siyasətçi deyib.
Digər xəbərlər
loading...