Azərbaycan ağırlıqqaldıranı Hüseyn İsmayılov bütün yarışlardan müvəqqəti kənarlaşdırılıb
"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytında bildirilir. Səbəb kimi İsmayılovun dopinq-testinin müsbət nəticə verməsi göstərilib. 19 yaşlı atletin orqanizmindən istifadəsi qadağan olunmuş testosteron izləri aşkarlanıb.
İsmayılovun antidopinq qaydalarının pozuntusuna yol verib-vermədiyi sübuta yetirildikdən sonra müvafiq qərar açıqlanacaq. IWF iş yekunlaşmayanadək heç bir açıqlama verməyəcəyini də bəyan edib.
Qeyd edək ki, Hüseyn İsmayılov 2017-ci ildə Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-dək olan gənclər arasında Avropa çempionatında 94 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Digər xəbərlər
loading...