ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı əməkdar artisti Elza Seyidcahan olub
Axşam.az xəbər verir ki, verilişdə “İctimai yerdə necə geyinmək lazımdır” mövzusu müzakirə olunub. Müğənni mövzu ilə əlaqədar fikrini bildirərək deyib ki, hər yerin öz geyim qaydası var:
“Tələbə vaxtı idi, konservatoriada oxuyanda getmişdim Alim Qasımovun evinə. Fikirləşdim ki, onlar yerdə otururlar. Mən də uzun ətək geyindim ki, rahat olum. Geyim axı insanın daxili kökündən, sənətindən xəbər verir. Allah rəhmət etsin anasına. Alim müəllim dedi ki, anam deyir ki, ay Alim bu nə yaxşı qızdır, nə uzun tumanı var. Mənim geyimim belə deyil. Mən şalvar da, qısa ətək də, şortik də geyinirəm. Amma hər yerin öz geyimi var”.
Digər xəbərlər
loading...