İyunun 23-də müdafiə sənayesi naziri Yavər Camalov uzun sürən ağır xəstəlikdən sonra vəfat etdi. Səhhətində ciddi problemlər olmasına baxmayaraq, mərhum nazir vəzifə postunu tərk etməmişdi. Bununla da vəzifə başında vəfat edən nazirlərin sayı ikiyə çatdı. Ötən il iyunun 8-də energetika naziri Natiq Əliyev Bakıda keçirdiyi ürək tutmasından sonra müalicə üçün getdiyi Türkiyənin “Florence Nightingale” klinikasında dünyasını dəyişmişdi
Vəzifə başında dünyasını dəyişənlər sırasında səhiyyə nazirinin müavini Abbas Vəlibəyov də var. O, bu il aprelində 71 yaşında rəhmətə getdi. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov dünyasını dəyişənə qədər vəzifədə olub. Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev də vəzifəsini tərk etmədən dünyasını dəyişdi.
Maraqlıdır, vəzifə başında dünyasını dəyişən məmurların ailəsinə hər hansı imtiyaz düşür?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirilir ki, vəzifəsini icra edərkən vəfat edən bu və ya digər şəxsin ailəsinə hər hansı bir imtiyazın verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb: “Bununla belə, şəxs iş başında və ya digər şəraitdə vəfat edirsə, onun öhdəsində olan ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya qanunvericiliyinə uyğun şəkildə əmək pensiyası hüququ yaranarsa, həmin pensiya növü ilə təmin olunurlar. Bu hüquq yaranmadıqda isə ailə başçısını itirməyə görə aylıq sosial müavinətlə təmin edilirlər”.
Digər xəbərlər
loading...