ABŞ prezidenti qanunsuz mühacirlərin dərhal deportasiyasına çağırıb. Donald Tramp bildirib ki, bu insanların ölkəmizi işğal etməsinə imkan verə bilməz
"Sistemimiz yaxşı mühacirət, qanun və nizama ziddir"- deyə Tramp Twitter hesabında yazıb.
ABŞ dövlət başçısı deyib ki, mühacirət qanunları dünyada rişxənd edilir, bu, qanuni yolla mühacirət etmək üçün illərlə gözləyən insanlara qarşı ədalətsizlikdir.
Tramp bildirib ki, ABŞ-a daxil olanlar dərhal məhkəməsiz ölkədən çıxarılmalıdır.
Amerikada illərdir Meksika və Mərkəzi Amerikadan gələnlərin məhkəmələri keçirilir.
Trampın leqal sistemi dayandırmaq tələbi Konqresdə kəskin etirazlara yol aça bilər. Qanunvericilərin mühacirət siyasətinin dəyişdirilməsi səyləri illərdir dalana dirənib.
Bundan əvvəl prezident müxalif demokratları mühacirət siyasətinə görə tənqid etmişdi.
"Demokratlar, qanunları düzəldin. MÜQAVİMƏT göstərməyin" - deyə, Tramp Twitter-də yazıb. O, administrasiyasının yaxşı iş gördüyünü deyərək, daha əvvəlki prezidentlər - Corc Buş və Barak Obamanın qanunsuz mühacirətə nəzarət siyasətini qınayıb.
ABŞ lideri sərhədlərin mühafizə edilməli olduğunu vurğulayıb. O deyib ki, bizə Amerikanı daha da möhtəşəm edəcək insanlar lazımdır.
"Güclü sərhədlər, Cinayətə yox!"- Tramp yazıb ("Amerikanın səsi").
Digər xəbərlər
loading...