Xaçmaz rayon Əhmədoba kəndində intihar hadisəsi baş verib. Hikmət Rəsulov özünü asaraq intihar edib.
Hikmət Rəsulovun xalası oğlu Zaur Şərifov publika.az-a bildirib ki, o dünən axşam kənddə toyda olub və sonra da intihar edib: "Hikmət rayon mərkəzində yaşayır. Bir oğlu, bir qızı var. Özünün daimi işi yox idi. Düzü, son vaxtlar mütəmadi görüşmürdük. Ötən gün toyda əhvalı normal idi. Toydan sonra bağa gedib, bir müddət sonra gəlmədiyini görüb bağa getdik. Orada özünü asmışdı. Hikmətgil 4 qardaş idi. Onun qardaşlarından biri Rusiyada neçə illərdir itkin düşüb, biri vanna otağında ürəyi dayanmışdı, bir qardaşı isə İsmət Rəsulov Qarabağ müharibəsində şəhid olub. Hikmət ən böyükləri idi”.
Qeyd edək ki, faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...