Yaxın 10 ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ümumi dəyəri 1,5 milyard manat olan 72 gəmi almaq niyyətindədir
Trend-in məlumatına görə, bunu QSC-nin sədri Rauf Vəliyev Dənizçilər gününə həsr olunan tədbirdə deyib.
R.Vəliyev bildirib ki, 2015-ci ildən Xəzər Dəniz Gəmiçiliyi kapitallaşmanı 310 milyon manat artırıb:
“Şirkətin dəyəri 1 milyard manat qiymətləndirilir. Son bir neçə il ərzində 437 milyon manat kapital investisiyaları həyata keçirmişik. Bunun 99 faizi şirkətin gəlirləri hesabına olub”.
Qeyd edək ki, hazırda QSC-nin balansında 23 tanker, 20 yük gəmisi, 2 “Ro-Ro” tipli gəmi və 13 bərə var.
Digər xəbərlər
loading...