Türkiyədə seçkilərin yekun nəticəsi yaxın bir neçə gün ərzində məlum olacaq
Trend-in məlumatına görə, bunu Türkiyənin Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Sadi Güvən deyib.
Komissiya rəhbərinin sözlərinə görə, Türkiyədə keçirilən prezident və parlament seçkilərində hər hansı mənfi hal qeydə alınmayıb.
S.Güvən qeyd edib: "Türkiyədə seçkilər demokratik və şəffaf keçirilib".
Qeyd edək ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyasından olan Məhərrəm İncə isə səslərin 30,7 faizini toplayıb.
Parlament seçkilərində isə “Cumhur İttifaqı” bloku səslərin 53,65%-in, CHP, SP və “İyi Parti”nin iştirak etdiyi “MİLLET İTTİFAKI”ı 33,96%-ni, HDP - 11,69%-ni, digər partiyalar isə 0,07%-ni toplayıb.
Beləliklə AKP parlamentdə 295, MHP- 48, CHP-147, İyi Parti - 43, HDP - 67 deputatla təmsil olunacaq.
Digər xəbərlər
loading...