Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Dövlət Duması ilə Azərbaycan Milli Məclisinin yüksək səviyyəli parlamentlərarası komissiyasının yaradılması təklifini irəli sürüb
“Report” TASS-a istinadən xəbər verir ki, V.Volodin bu barədə bu gün Bakıda Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə bildirib.
“Dövlət Duması və Azərbaycan Milli Məclisinin yüksək səviyyəli parlamentlərarası komissiyasının yaradılması doğru olardı və biz belə formatın yaradılmasını təklif edirik. Komissiyaya müavinlərimiz rəhbərlik edə bilər”, – V.Volodin deyib.
O, iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin inkişafına daha çox töhfə vermək üçün ölkə parlamentlərinin yeni iş formatları hazırlamasının vacib olduğunu qeyd edib.
Dövlət Duması sədrinin sözlərinə görə, belə komissiya hər iki ölkənin vətəndaşlarını narahat edən məsələlərin həllinə nail olmalı, konkret mövzuları müzakirə etməlidir: “Bu, dövlətlərimiz arasındakı əlaqələrin inkişafına töhfəmiz olacaq”.
Qeyd edək ki, Dövlət Dumasının sədri V.Volodinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 24-25-də Azərbaycanda rəsmi səfərdədir.
Digər xəbərlər
loading...