Rusiya hökumətinin hüquqi informasiya portalından Xəzərin hüququ statusuna dair konvensiya layihəsi silinib
Virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, sənədin ötən həftə səhvən portalda yerləşdirildiyi üzə çıxıb və tezliklə saytdan çıxarılıb. Çünki sənəd ancaq imzalanandan sonra dərc edilməliymiş.
Xəbər verdiyimiz kimi uzun illərdir aparılan danışıqların nəticəsi olaraq beş sahilyanı ölkənin razılaşdırdığı konvensiya layihəsində Azərbaycan və Türkmənistanı birləşdirən Transxəzər qaz kəməri layihəsinin yolu açılırdı. Sənəddə göstərilirdi ki, sahilyanı ölkələr dənizin dibi ilə kabellər və boru kəmərləri çəkə bilərlər, ancaq bu kəmərlərin və kabel xətlərinin marşrutu həmin marşrut hansı ölkələrin dəniz sektorlarından keçəcəksə təkcə onlar tərəfindən razılaşdırılacaq. Qalan sahilyanı ölkələr isə bu barədə sadəcə olaraq məlumatlandırılacaq. Habelə boru kəmərləri və kabel xətləri çəkənlər ekoloji normalara əməl etməlidir.
Bu, Xəzərin hüquqi statusuna dair konvensiya layihəsində ən mühüm məqamdır. Çünki illərdir ABŞ və Avropa İttifaqı Transxəzər qaz kəmərinin çəkilməsi üçün çalışır, amma Rusiya dənizin dibi ilə kəmərlərin çəkilməsinə qarşı idi və türkmən qazının Azərbaycan üzərindən Avropaya nəqlini öz maraqlarına təhlükə sayırdı. İndi isə belə görünür ki, Rusiya kompromisə gedib və Transxəzər qaz kəmərinin yolunu açmağa hazırdır.
Lakin səhvən sızdırılmış konvensiya layihəsində o da deyilirdi ki, Xəzər sahilində yerləşməyən ölkələrin dənizdə hərbi iştirakı mümkün deyil. Bu da NATO-nun və ABŞ-ın Xəzərə yolunu bağlamaq üçündür. (http://virtualaz.org/reyler/120789)
Digər xəbərlər
loading...