Türkiyədə keçirilən prezident və parlament seçkilərində yerli vaxtla saat 08:00-da başlayan səsvermə saat 17:00-da başa çatıb. Sandıqlar artıq açılıb, səslər sayılmağa başlanıb. Yayın yasağı aradan qaldırıldıqdan sonra ilkin nəticələr açıqlanmağa başlayıb
“AzPolitika.info” xəbər verir ki, bülletenlərin artıq 99,99 faizi sayılıb.
İlkin nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 52,55 faiz səs toplayıb. Muharrem İncə 30,67 faiz səs alıb.
Selahettin Demirtaş 8,36 faiz, Meral Akşener 7,33 faiz, Temel Karamollaoğlu 0,89 faiz, Doğu Perinçek 0,20 faiz səs alıb.
Millət vəkili seçkilərində “Cümhur ittifaqı” 53, 62% (AK Partiya 42,49 %, MHP 11,13%), “Millət ittifaqı”34,03% (CHP 22,67 %, İYİ Partiya 10,01%, SP 1,35%), HDP isə 11,62 % səs alıb. Artıq səslərin 99% – i sayılıb. Bu da “Cümhur ittifaqı”nın 343 millət vəkili iklə parlamentdə də üstünlüyü ələ aldığını göstərir.
Rəsmi olmayan nəticələrə görə, 5 partiya parlamentdə təmsil olunmaq hüququ qazanıb. Hakim Ədalət və İnkişaf Partiyası parlamentdə 293, Cümhuriyyət Xalq Partiyası 146, Xalqların Demokrat Partiyası (HDP) 67, Milliyətçi Hərakat Partiyası 50, İYİ Partiyası 44 millət vəkili ilə təmsil olunacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində səslərin mütləq əksəriyyətini qazanıb. Bunu bazar ertəsi Yüksək Seçki Şurasının (YSK) rəhbəri Sədi Güvən deyib.
“Nəticələrə görə, cənab Rəcəb Tayyib Ərdoğanın etibarlı səslərin əksəriyyətini qazandığı aydın olur”, – deyə o, bildirib.
Güvən həmçinin qeyd edib ki, seçkilərin nəticələri ilə bağlı hələ ki, heç bir etiraz daxil olmayıb. YSŞ sədrinin sözlərinə görə, seçkilərdə seçici sayı 56 milyon 352 min 652 nəfər təşkil edib.
Beləliklə, Ərdoğanın ilk turda yenidən Prezident seçilib. Bununla Türkiyə tam olaraq yeni sistemə keçib. Bu gündə rəsmən Prezident üsul-idarəsinə keçən Türkiyədə böyük islahatlar həyata keçiriləcək. Nazirliklərin sayı azaldılacaq, Prezidentə baxlı 9 yeni qurun və 4 ofis yaradılacaq.
Digər xəbərlər
loading...