Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
MilliYol.Az APA-ya istinadən verdiyi məlumata görə, V. Volodin görüşdə bildirib ki, Rusiya və Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir.
V. Volodin deyib ki, Rusiya və Azərbaycan münasibətləri strateji tərəfdaşlıq kimi xarakterizə edilə bilər: "Əlbəttə, biz həmişə bu münasibətlərdə prezidentimiz Putin və Sizin rolunuzu qeyd edirik. Sizin bu ilin aprelində keçirilən prezident seçkilərində inamlı qələbə qazanmağınız xalqın sizin həyata keçirdiyiniz kursa, o cümlədən xarici siyasətə dəstəklədiyini göstərir".
Prezident İlham Əliyev də dövlət başçılarının görüşlərinin ölkələr arasında münasibətlərin bütün istiqamətlərdə möhkəmləndirdiyini vurğulayıb. Dövlət başçısı parlamentlər arasında dialoqun vacib olduğunu da qeyd edib: "Azərbaycan və Rusiya bir çox sahələrdə əməkdaşlıq edir. Azərbaycan və Rusiya arasında çoxistiqamətli və konstruktiv münasibətlər mövcuddur. Əlbəttə, parlamentlər arasında əməkdaşlıq da vacibdir. Biz beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik, beynəlxalq platformalarda həmişə bir-birimizi dəstəkləyirik. Bu da ölkələrimiz arasındakı inamlı münasibətin göstəricisidir".
MilliYol.Az
Digər xəbərlər
loading...