Ermənistan baş nazirinin xarici siyasət üzrə müşaviri Arsen Xaratyan keçmiş prezident Serj Sərkisyanın Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlara cəlb oluna biləcəyini istisna etməyib
Virtualaz.org xəbər verir ki, Xaratyan bu haqda Ermənistan İctimai Televiziyasında deyib.
“Gün gələcək və ola bilsin Serj Səkisyan Qarabağ məsələsi üzrə xüssui səlahiyyətli nümayəndə olacaq? Kim bilir? Mən onu deyərəm ki, Sərkisyanın dövlət maraqları ilə bağlı olan hansısa məsələrdə iştirakı istisna deyil. Əgər birdən ictimai konsensus yaransa və görsək ki, bu adam hansısa məsələdə gərəklidir”-Paşinyanın müşaviri bildirib.
Xaratyanın sözlərinə görə Ermənistanda Qarabağa dair danışıqlar prosesini tam bilən adam azdır. Keçmiş diplomatlar yoxdur. O, Sərkisyanın Paşinyanı Qarabağa dair hansısa görüşdə müşaiyət edə biləcəyi haqda belə deyib: “Heç kim bilmir, bir ay sonra, bir il, beş il sonra nə olacaq”.
Xaratyan onu da deyib ki, hazırda Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılmır.
MilliYol.Az
Digər xəbərlər
loading...