Avstriya hökuməti iyulun 15-də Vyanada Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünə hazırlaşır
Bu barədə bazar günü Avstriyanın “Kronen Zeitung” nəşri yazıb.
Qəzetin yazdığına görə, bir neçə gün əvvəl Moskva və Vaşinqtonun nümayəndələri qarşıda duran Rusiya-ABŞ sammiti ilə bağlı məsələləri ətraflı nəzərdən keçirmək üçün Vyanaya gəliblər. Bundan əlavə, qabaqcıl təhlükəsizlik xidmətləri qrupları Avstriyaya gələrək vəziyyəti öyrənməyə başlayıblar. Şübhəsiz ki, sammitin yekun tarixi gələn həftənin ortalarında müəyyən ediləcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov öz növbəsində bildirib ki, Kreml Rusiya-ABŞ sammiti ilə bağlı hələ ki, məlumat verməyə hazır deyil. Detallar barədə mövcud vəziyyətə uyğun olaraq məlumat veriləcək.
Putin və Tramp arasında martın 20-də telefon danışığı olub. Kremlin mətbuat xidmətinin məlumatına görə, ABŞ və Rusiya xarici işlər orqanlarının rəhbərlərinə bu söhbətin nəticələrindən sonra ən yüksək səviyyədə sammitin keçirilməsi məsələsini hazırlamaq tapşırılıb/Report.
MilliYol.Az
Digər xəbərlər
loading...