Türkiyənin baş naziri Binali Yıldırım bildirib ki, seçkilərdən sonra Türkiyə daha da güclənəcək.Yıldırım qeyd etdi ki, Türkiyədəki seçkilər əvvəlki kimi demokratik şəraitdə keçirilir
“Türkiyə xalqı doğru və layiqli seçim edəcək”, Yıldırım dedi.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.
Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir.
Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları iyunun 11-17-dək səs veriblər.
Xaricdə yaşayan və prezident və parlament seçkilərində səs verən Türkiyə vətəndaşlarının sayı 1 468 408 nəfər təşkil edib. Ümumilikdə xarici ölkələrdə yaşayan 3 470 323 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.
Səsvermə Türkiyənin 60 ölkədə 123 diplomatik missiyasında keçirilib. (Trend)
MilliYol.Az
Digər xəbərlər
loading...