ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn arasında imzalanan tarixi sazişdən sonra Türkiyə 1950-53-cü illərdə Koreya müharibəsində şəhid olan əsgərlərinin nəşlərinin təhvil verilməsi üçün rəsmi danışıqlara başlayıb
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Seuldakı səfiri Ersin Erçin ötən həftə Şimali Koreyaya səfər edərək 1 həftə ərzində ölkə rəsmiləri ilə danışıqlar aparıb.
“Görüşlərimizin o zaman (2001) başlamasının səbəbi o tarixdə diplomatik təmasların qurulması idi. Şimali Koreyanın nüvə silahı ilə bağlı fəaliyyətləri səbəbindən danışıqlar yarımçıq qaldı. Sülh sazişinin imzalanmasından sonra Şimali Koreya ilə görüşlərə yenidən başladıq. Bu ölkədə olan şəhidlərimizin şəxsiyyətlərinin müəyyən edilməsi üçün yaxınlarından DNT nümunələri götürüləcək. Bu nümunələr Şimali Koreya rəsmilərinə təhvil veriləcək”, - səfir bildirib.
Qeyd edək ki, ərazidə həmçinin ABŞ və ingilis əsgərlərinin cənazələri olduğu üçün proses diqqətli şəkildə aparılacaq və bundan sonra qəbirlərin Cənubi Koreya ilə sərhədə, yoxsa birbaşa Türkiyəyə köçürüləcəyinə qərar veriləcək.
Digər xəbərlər
loading...