Türkiyənin paytaxtı Ankarada prezident və parlament seçkilərində təxribatlar hazırlamaqda şübhəli bilinən 11 PKK üzvü saxlanılıb
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, PKK üzvləri Ankaranın təhlükəsizlik üzrə antiterror idarəsini xüsusi əməliyyatı zamanı saxlanılıblar.
Bildirilir ki, saxlanılanlar seçkilər zamanı təxribatlar hazırlamağı planlaşdırırmışlar. Təxribatların hansı xarakterdə olduğuna dair detallar açıqlanmır.
Xatırladaq ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Digər xəbərlər
loading...