Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun oğli Emil Osmanov həbsdən buraxılıb
Bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildirilib.
Məlumata əsasən, Emil Osmanovun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Mənbə onu da əlavə edib ki, azərbaycanlı diplomatın oğluna qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilməyib.
Xatırladaq ki, dünən Emil Osmanov təyyarə ilə Vyanadan Minksə gəlib və burada onu “Toyota Camry” avtomobilində şəxsi sürücüsü gözləyib. Belarus Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarənin əməkdaşları avtomobili operativ qaydada müşayiət ediblər. Rusiya ilə sərhədi keçərkən gənc iş adamı saxlanılıb və konvoy onu Sankt-Peterburqa gətirib.
İstintaqda olan məlumata görə, 27 yaşlı Emil Osmanov pul vəsaitlərinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır.
MilliYol.Az
Digər xəbərlər
loading...