Rusiyalılar öz prezidentlərinin yürütdüyü xarici siyasətin bədəlini cibləri ilə ödəyirlər. Hələ ki, bunun ağrıları hiss olumur, lakin dünya çempionatından sonra acı həqiqət ortaya çıxa bilər”, - Almaniyanın “Die Presse” qəzetindən Eduard Ştayner yazır
Məqalə müəllifi bundan ötrü Rusiya Mərkəzi Bankının araşdırmalar və proqnozlar idarəsinin ekspertlərinin tərtib etdiyi məlumatları misal gətirir. Normal ölkədə bu cür məlumatlar müxalifətin əlində əsl kozıra çevrilərdi. Məsələ burasındadır ki, əgər 2014-cü ildə hər bir rusiyalının yerli kənd təsərrüfatına ödədəyi rəqəm 1935 rubl təşkil edirdisə, hazırda bu göstərici 4220 rubl civarındadır.
Yazıda rusiyalıların hələ ki, bu xəbərlərə əhəmiyyət vermədiyi qeyd olunur. Lakin mənzərənin iqtisadi vəhaməti özünü aydın şəkildə büruzə verir. Rusiyada kasıblıq həddində yaşayanlaırn sayı 16,1 milyondan (2014) 20,3 milyona qədər qalxıb.
Krımın işğalından sonra isə əhalinin gəlirləri olduqca aşağı düşüb.
“Hətta son dövrlərdə iqtisadiyyatdakı vəziyyət yaxşılaşsa da, Qərbin tərtiq etdiyi sanksiyalar yeni qurbanlar tələb edir. Hər şeydən əvvəl öz iri holdinqləri ilə birlikdə sanksiya altına düşən oliqarxları qeyd etmək olar.
“İndi onlar dövlətdən buna görə təzminat tələb edirlər”, - müəllif yazır.
Müəllif Oleq Deripaskanın üzləşdiyi vəziyyəti nümunə olaraq önə çəkir.
Hazırda rusiyalı milyarderə məxsus EN+ şirkəti yerləşdiyi bölgədə elektrik və kommunal xərcləri ödəməkdən ötrü dövlətdən 45 milyard rubl pul tələb edir.
Deripaskaya aid olan digər şirkət, aliminium istehsal edən “Rusal” isə hökumətdən xammal və hazır məhsulun daşınmasına görə dəmiryol məsrəflərinin azaldılmasını istəyir.
“Növbə artıq sıravi istehlakçılara da gəlib çatıb. Rusiya hökuməti Krımın işğalından sonra bölgəyə ayrılan pulları əhalinin pensiya yığımlarının cəmləşdiyi fonddan xərcləyib.
Bu zamana qədər rusları bu məsələ də qayğılandımayıb. Rəy sorğularında rusiyalıların hətta 83%-nin özlərini rahat hiss etdiyi barədə nəticələr belə göstərilib.
“Burada Rusiyanın xarici siyasi ambisiyalarının ölkə vətəndaşlarının əhval-ruhiyyəsinin yüksəlməsində ciddi rolu var..
Məsələn, “Levada Sentr”in son məlumatına görə, Rusiyanı həqiqi böyük dövlət sayanların sayı 2011-ci ildəki 47%-dən 82%-ə qədər yüksəlib.
Lakin bütün bu sorğular hakmiyyətin son 1 ayda atdığı gözlənilməz addımlara qədər olub. Çünki Kreml qadınlar üçün pensiya yaşını 55-dən 63-ə, kişilər üçün isə 60-dan 65-ə qədər artırmağı planlaşdırır.
“Rusiyanın müxalif mətbuatı Putinin hər kəsə kələk gəldiyindən yazır. Əvvələr pensiya yaşının artırılmasına etiraz edən prezident dünya çempionatı ətrafında hökm sürən eyforiyadan istifadə etməklə həmin dəyişiklikləri qəfildən gətirib.
“Dövlətin pula o qədər ehtiyacı var ki, indi bu cür qeyri-populyar addımları belə gözə alıb”, - yazıda bildirilir.
Məqalənin sonunda müxalifətçi Aleksey Navalnının yenidən əhalini pensiya islahatlarına qarşı səsləməkdən ötrü mtinq təşkil etmək istədiyi vurğulanır.
MilliYol.Az
Digər xəbərlər
loading...