Azərbaycanın ali təhsil müəssisələrindən bakalavriat səviyyəsi üzrə 2017-ci ildə məzun olan, lakin diplom ala bilməyən tələbələrin sayı açıqlanıb
Təhsil Nazirliyinin illik hesabatında bildirilir ki, ötən il Azərbaycan universitetlərində 31360 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 30360-ı nəfəri bakalavr diplomu alıb.
Attestasiyasına buraxılanların 1000 nəfəri isə diplom ala bilməyib. Belə ki, ötən il təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 23174 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 22394 nəfəri bakalavr diplomu alıb, 780 nəfər isə diplom ala bilməyib.
Digər dövlət qurumlarının tabeliyində olan ali təhsil müəssisələrində ötən il 4672 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 4504 nəfəri bakalavr diplomu alıb, 170 nəfər isə diplom ala bilməyib.
Özəl ali təhsil müəssisələrində 3533 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 3378 nəfəri bakalavr diplomu alıb, 155 nəfər isə diplom ala bilməyib.
Rusiya Federasiyasının ali təhsil müəssisələrinin Bakı filialları ötən il 85 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 84 nəfəri bakalavr diplomu alıb, 1 nəfər isə diplom ala bilməyib. (Report)
Digər xəbərlər
loading...