Bu günlərdə İzmir prokurorluğunda baş müstəntiq Zəfər Durun hazırladığı 56 səhifəlik ittihamnamə Ağır Cinayətlər Məhkəməsində qəbul edilib.
İttihamnamədə FETÖ qruplaşmasının lideri olan Fətullah Gülənlə bağlı maraqlı faktlar qeyd edilib.
FETÖ-nün maliyyə qaynaqları ilə bağlı başlanan cinayət işinin yekunu olaraq hazırlanan ittiham aktında Fətullah Gülenin illər öncə Vatikanda Roma Papası İkinci İohan Pavellə görüşdüyü və onun Türkiyəyə gizli kardinal kimi təyin edildiyi qeyd edilir.
İttiham aktında xüsusi vurğulanır ki, Fətullah Gülən ABŞ-a getməzdən təxminən 1 il əvvəl, daha dəqiq 9 fevral 1998-ci ildə Vatikanda Roma Papası İkinci İohan Pavellə görüşüb. Roma Papası İkinci İohan Pavel bu görüşdən 12 gün sonra 20 kardinal təyin edib. Və ilk dəfə məhz həmin vaxt Papa 100 ildir istifadə edilməyən “in pecture” səlahiyyətindən yararlanaraq iki nəfəri də gizli kardinal təyin edib. “Bu şəxslərin kimlikləri isə qaydalara uyğun olaraq açıqlanmadı. Təyin edilən gizli kardinallardan birinin Fətullah Gülən olması iddiası bu işdə üstündə xüsusi dayanılmalı olan məsələlərdəndir”, deyə, ittihamnamədə qeyd edilir.
Bu arada qeyd edək ki, 21 fevral 1998-ci il tarixində Roma Papasının istifadə etdiyi xüsusi səlahiyyətin, yəni, “in pecture” teriminin anlamı “kilsənin bağrına basdığı gizli övladı” mənasını verir. Bu ifadə həm də, “öz ölkəsində kimliyini gizlədən və başqa dinə mənsub olan şəxs” mənasını ifadə edir.
İttiham aktında Fətullah Gülənin dini fəaliyyəti ilə başqa qeydlər də var. Qeyd edilir ki, Gülənin irəli sürdüyü dinlərarası dialoq adlı konsepsiyada əslində, İslam dininə uyğun olmayan tezislər mövcuddur.
Bundan başqa Türkiyədəki məlum 15 iyul qiyamından sonra bağlanan “Aksiyon” jurnalının 10-cu ilində xüsusi buraxdığı nömrəsində üz qabığında "İnsanlıq onu gözləyir - Hz. İsa" sözlərinin yazılması da yuxarıda qeyd edilən iddiaları gücləndirir. Həmçinin Fətullah Gülənin Ədirnədə fəaliyyət göstərdiyi vaxtlarda kilsəyə yazdığı məktublar, onun “gizli kardinal” olması ilə bağlı kitab yazan müəlliflərin təqib edilməsi də cinayət işinin materiallarına əlavə edilib.
Bildirilir ki, İzmir Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin 18 fevralda FETÖ/PDY-yə maliyyə dəstəyinin qarşısını almaq üçün həyata keçirdiyi əməliyyat zamanı ABŞ-dan qayıdan iş adamları Emir Ağbaş və Mehmet Çelikarslan hava limanında tutulublar. Pul transferində əsas fiqurlardan olan bu şəxslər barəsində prokurorluq 10 il həbs qərarının çıxarılmasını məhkəmədən tələb edib.
Zəfər Durun hazırladığı ittihamnamədə FETÖ-nün Türkiyə Silahlı Qüvvələrində minlərlə üzvünün olduğu, onlardan 150-nin isə general olduğu qeyd edilir. Ümumilikdə isə ordu sıralarındakı FETÖ-çülərin sayının 22 mindən çox lduğu bildirilib. (Lent.az)
MilliYol.Az
Digər xəbərlər
loading...