“Azərbaycanın 2020-ci ilə qədər Türkiyəyə qoyduğu kiçik və böyük investisiyaların məcmu dəyəri 20 mlrd. ABŞ dollarını keçəcək”
“Report” xəbər verir ki, bunu Türkiyənin Xarici İqtisadi Əlaqələr İdarəsinin Türkiyə-Azərbaycan İşgüzar Şurasının rəhbəri Selçuk Akat deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan ölkəsinin iqtisadiyyatına qoyulan pulun məbləğinə görə, dünyada 3-cüdür.
“Yatırımlarda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) böyük payı var”, - S.Akat qeyd edib.
Türkiyə rəsmisi həmçinin bildirib ki, ölkəsinə investisiya qoyan xarici iş adamlarına vətəndaşlıq verilir. Bundan başqa, daşınmaz əmlak alan və tikənlər Əlavə Dəyət Vergisindən (ƏDV) azad olunur: “Bütün bu güzəştlər ötən il Türkiyədə daşınmaz əmlak alan xarici vətəndaşların sayının 22% artmasına səbəb olub. 2017-ci ildə əcnəbilərə 22 234 daşınmaz əmlak satılıb ki, bunların da dəyəri 4,6 mlrd. dollardır. Türkiyədə daşınmaz əmlak alan xarici vətəndaşların sayına görə Azərbaycan ilk 5-likdə yer alır. Son 2 ildə Azərbaycan vətəndaşları Türkiyədə 150-dən artıq torpaq sahəsi, 2 000-ə yaxın daşınmaz əmlak əldə edib”.
Bundan başqa, onun sözlərinə görə, Türkiyə şirkətləri Azərbaycanda, o cümlədən Bakıda həyata keçirilən bir sıra inşaat layihələrində fəal iştirak edirlər: "İndiyə qədə türk şirkətləri Azərbaycana birbaşa 4,5 mlrd. dollar investisiya qoyub. Ayrıca tikinti layihələrinin dəyəri isə 2,9 mlrd. dollar olub".
Digər xəbərlər
loading...