Məşhur "Rolling Stone" dərgisi Conni Deppdən müsahibə yayımlayıb
Axşam.az-ın məlumatına görə, aktyor şəxsi həyatı ilə bağlı gözlənilməz açıqlamalar verib. O, Ember Herdlə olan çətin boşanmasından danışıb. Conni bildirib ki, ayrılıq ərəfəsində depressiyaya düşüb:
"Düşüşüm o qədər dərin idi ki, təsəvvür edə bilməzsiniz. Hər gün yaşadığım ağrıya dözə bilmirdim. Hətta kompüter arxasına keçib, xatirələrimi də yazmağa başladım.
Bir gün səhər yuxudan oyanıb araq süzüb içməyə başladım. Oturub gözümdəki yaş quruyana qədər ağlamağa başladım. Hər şeyi başa düşməyə çalışdım. Etdiklərimin qarşılığını aldığımı düşündüm. Ondan sonra mehriban olmağa, heç kimin qəlbini qırmamağa çalışıram.
İndi yalnız həmin ərəfədə içkiyə xərclədiyim 30 min dollara heyfim gəlir. Çünki həmin ərəfədə içkiyə bu qədər pul xərclədim".
MilliYol.Az
Digər xəbərlər
loading...