Bu ilin yanvar-may aylarında Azərbaycana dünyanın 184 ölkəsindən 1 055,6 min və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
“Report” bu barədə Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.
Xatırladaq ki, artım göstərici yanvar-aprel aylarının yekununda 13,% təşkil edib. Başqa sözlə, ölkəyə gələn xarici turistlərin artım tempi zəifləyib.
Gələnlərin 29,3%-i Rusiya, 22%-i Gürcüstan, 12,1%-i İran, 11,3%-i Türkiyə, 4%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2%-i Ukrayna, 1,8%-i İraq, 17,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 67,8%-ni kişilər, 32,2%-ni isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 17,6%-i yanvar, 15,8%-i fevral, 26,2%-i mart, 20,7%-i aprel, 19,7%-i isə may ayında ölkəyə gəlib.
Cari ilin yanvar-may aylarında Körfəz ölkələrindən (İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-may ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə, Oman vətəndaşlarının sayı 32,4%, BƏƏ vətəndaşlarının sayı 6,8% artıb. İrandan gələnlərin sayında 11,3% azalma müşahidə edilib.
2018-ci ilin yanvar-may aylarında Avropa İttifaqına (Aİ) üzv ölkələrdən gələnlərin sayı 12,6 % artaraq 42,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,4% artaraq 367,4 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,9%-i dəmir yolu və avtomobil, 39,2%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.
2018-ci ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3% artaraq 1 645,6 min nəfər olub. Ölkə vətəndaşlarının 30,7%-i Gürcüstana, 28,5%-i İrana, 21,7%-i Rusiyaya, 12,3%-i Türkiyəyə, 1,7%-i Ukraynaya, 1,3%-i BƏƏ-yə, 3,8%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 69,6%-i kişilər, 30,4%-i isə qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 15,4 artıb, Türkiyəyə gedənlərin sayı 11,7%, Gürcüstana gedənlərin sayı 2,6%, Rusiyaya gedənlərin sayı 1,7% azalıb.
Cari ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 80,3%-i dəmir yolu və avtomobil, 18,8%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...