Gürcüstanda 2018-ci ilin ilk 5 ayının xarici ticarət hesabatı yayılıb. Novator.az xəbər verir ki, hesabata əsasən, yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 2017-ci ilin ilk 5 ayı ilə müqayisədə 24,5% artaraq 4,9 milyard dollara çatıb
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bildirir ki, 2018-ci ilin mayında ölkənin ixracı ötən ilin eyni dövrünə nisbətdə 50,2% artaraq 323,3 milyon dollar təşkil edib.
Milli Statistika Xidmətinin məlumatına görə, ümumilikdə 2018-ci ilin yanvar-may aylarında Gürcüstandan 1,3 milyard dollarlıq məhsul ixrac olunub. Bu, 2017-ci ilin ilk 5 ayı ilə müqayisədə 28% çoxdur.
İlin əvvəlindən Gürcüstana 3,6 milyard dollar həcmində məhsul idxal olunub. Bu, 2017-ci ilin yanvar-may ayı ilə müqayisədə 23,4% yüksək göstəricidir.
Hesabatda bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun həcminin 5,3% artdığı da qeyd olunur.
MilliYol.Az
Digər xəbərlər
loading...