Rusiya Fövqəladə Hallar Nazirliyinin Primorsk üzrə Baş İdarəsinin rəisi Oleq Fedyura təbii fəlakət zonasında ölüb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Çuquyevsk rayonunda Uborka qəsəbəsi yaxınlığında baş verib.
Regionda baş verən qasırğanın nəticələrinin aradan qaldırılması üçün əhalinin evakuasiya edilməsi məqsədi ilə göndərilən “KamAZ” maşını xilasedicilərlə birlikdə Pavlovka çayında batıb. Həmin xilasedicilərin arasında O. Fedyura da var. Hadisə yerinə əlavə axtarış-xilasetmə bölmələri göndərilib.
MilliYol.Az
Digər xəbərlər
loading...