"Təbiətə, yaşıllığa israfçılıq prizmasından baxılması dünyanın heç yerində qəbul olunmur. Bizdə də tədricən ətraf mühitə qayğıkeş münasibət formalaşır. Lakin təəssüf ki, bəzən yaşıllıqlara qarşı biganə, sevgisiz münasibətin də şahidi oluruq"
APA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova deyib. O bildirib ki, insanların yaşıllıqlara münasibətinin dəyişməsi üçün media nümayəndələrinin və ictimaiyyətin dəstəyinə ehtiyac var: "Yaşıllıqlara zərərverici münasibət göstərənlər ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilməlidir. Uşaqdan böyüyə yaşıllığın qorunmasına münasibət dəyişməli, hər bir ağaca dəyər verilməlidir. Bir ağacın yetişdirilməsi üçün minumum 30 il vaxt tələb olunur, lakin bəzən etinasızlıq edilir, ağaclar kəsilir və illərlə çəkilmiş zəhmət bir an içərisində heç olur".
İ. İbrahimova qeyd edib ki, əsasən paytaxtda bəzi sahibkarlar, ayrı-ayrı şəxslər tərəfindən qanunsuz ağac kəsintisinə yol verilir: "Tikinti şirkətləri yaşıllıq sahələrinə həssas münasibət göstərmir, tikinti və abadlaşdırma zamanı yaşıllıqların yerləşdiyi ərazilər nəzərə alınmır. Ona görə də bu sahədə həm güclü təbliğat işinin aparılmasına, digər tərəfdən də tələbkarlığın, yəni yaşıllıqların mühafizəsi sahəsində mövcud qanunvericilikdə dəyişikliklərin edilməsinə və daha sərt sanksiyaların tətbiqinə ehtiyac var".
MilliYol.Az
Digər xəbərlər
loading...