Qazaxıstanlı rejissor Kanat Beysekeyev İranda saxlanılıb
Report” xəbər verir ki, bunu “Sputnik”ə PR sahəsi üzrə mütəxəssis Əlşir Yelikbayev bildirib.
“Kanat Beysekeyevin İranda polis tərəfindən tutulduğunu təsdiqləyirəm. Çəkiliş etmək üçün götürdüyü və özünə məxsus olan bütün texniki avadanlıq müsadirə edilib”, - deyə Ə.Yelikbayev vurğulayıb.
O qeyd edib ki, K.Beysekeyev İranda qazaxların həyatı haqqında sənədli film çəkirmiş. Rejissor oxşar çəkilişləri Monqol Eli və Özbəkistanda da aparıb. Ə.Yelikbayevin sözlərinə görə, həmin ölkələrdə polis K.Beysekeyevin çəkiliş aparmasına mane olmayıb, problem yaratmayıb.
Qeyd edək ki, K.Beysekeyev sənədli filmlər çəkən rejissor, ssenari müəllifi və operatordur. Qazaxıstanlı uşağın ABŞ vətəndaşı tərəfindən övladlığa götrürlüməsinə həsr edilən “Bala”, ayağını itirmiş qazaxıstanlı rəqqas haqqında ”Rəqs etmək istəyirəm” sənədli filmləri onun yaradıcılıq nümunələrindəndir.
MilliYol.Az
Digər xəbərlər
loading...