Ben Kaspit
“Əl-Monitor”
Anti-İsrail casusluq qurumları bəzən hansısa etnik qrupdan və ya bir akademik konfrans çərçivəsində yüksək səviyyəli iştirakçını casus kimi əldə etməyə çalışır və bəzən uğurlu olurlar. Odur ki, 2012-ci ilin mayından etibarən İran casusu olduğu iddia edilən sabiq enerji və infrastruktur naziri və İsrail Təhlükəsizlik Kabinetinin üzvü (1995-1996) Qonen Seqev İsrailin üzünə vurulmuş sərt şapalaqdır. Lakin bu zərbə vasitəsi ilə heç bir əhəmiyyətli ziyan dəyməyib, çünki Seqev İsrailin informasiya və qərar qəbuletmə mərkəzlərindən təxminən 20 il əvvəl kənarlaşdırılıb.
İsraildəki yüksək səviyyəli kəşfiyyat mənbəyi anonimlik şərti ilə “əl-Monitor”a bildiriblər ki, “bəli, bu şapalaqdır, lakin bəzi ağrılar istisna olmaqla, ciddi ziyan dəyməyib. Heç bir diş sındırılmayıb, qanama yoxdur; ağrı bir neçə dəqiqə ərzində kəsiləcək”.
İyunun 18-də Seqevin həbsinin ictimaiyyətə açıqlanması İsraildə küləklər əsdirib.
1990-cı illərdə Seqev onu digər 2 şəxslə birlikdə Knessetə gətirən Tzomet sağçı partiyasından çıxıb və baş nazir Yitzak Rabinin 1993-cü ildə imzaladığı Oslo razılaşmasının əleyhinə səs verib. İndi o, İsraildə artan tozanaqda sol hərəkata zərbə vurmağa davam edir.
Tibbi təhsili olan Seqev Rafael Eytanın – sabiq qərargah rəisi və döyüş qurdunun 1992-ci ildə Knessetə seçkilərdə səkkiz mandat alan Tzomet Partiyasını qurana qədər tanınmayıb. Seqevin tanışları yalnız Eytanın sayəsində onun Knesset üzvü olduğunu və işin əvvəlində bossuna xəyanət etdiyini deyir.
Siyasi həyatdan qovulduqdan sonra Seqev İsrailə qaçaqmalçılıqla ekstazi dərmanları gətirdiyinə görə həbs cəzası alıb və bir müddətdən sonra Nigeriyaya köçüb.
İsrailin kəşfiyyatına gəldikdə, İranın sevincinə əsas var. “Mossad”ın İranın təxminən bütün nüvə arxivini Tehrandan Təl-Əvivə gətirdikdə, Tehran udduğu beynəlxalq rüsvayçılığı nəzərə alaraq, qəzəb və məyusluğun əvəzini çıxmaq lazım idi. Bəli, israillilər etiraf edirlər ki, sabiq nazirin İran tərəfinə cəlb edilməsi Tehranın uğurudur.
“Mossad”ın sabiq direktor müavini Ram Ben-Barak “əl-Monitor”a deyib: “İsrailin sabiq nazirlərindən birinin ələ alınması xəbərini aldıqdan sonra İran kəşfiyyat rəhbərinin üzündəki təbəssümü təsəvvür edə bilərəm. Buna baxmayaraq, 1990-cı illərdə İsrail hökumətində xidmət edən bir insanın xəyanətindən yalnız məhdud bir ziyan meydana gəlib. Seqev İsrail hökumətinin aparatına ən az 20 ildir bağlı deyil və real informasiyadan məhrum olub. O, Nigeriyadakı kiçik İsrail icmasında yaşayıb. Onun “işə götürülməsi” əsasən, ictimai əlaqələr hesabına baş verib. Artıq Seqevin təhlükəsizliklə məşğul olan İran və israillilər arasındakı əlaqələri asanlaşdıracağını yoxlanılır”.
Bu əlaqələrin qurulmasında o, uğurlu olubsa belə, ziyan potensialı çox kiçikdir. Seqevin xəyanətini ortaya çıxartmaq üçün İsrailə xeyli vaxt lazım gəlib, Qüdsdə və Tel-Əvivdəki “yuxarılar” indi rahat nəfəs alır.
“İranlılar razılıq əlaməti olaraq bir-birini təbrik edə bilərlər, – sabiq “Mossad” başçısı “əl-Monitor”a söyləyib. – Bu müvəffəqiyyətə ehtiyacı vardı, biz ümid və dua edirik ki, iranlıların bütün uğurları bundan artıq olmasın”.
Bəli, bu gün İsraillə İran arasında baş verən müharibə hərbi, iqtisadi və kəşfiyyat əsaslıdır, amma başlıca diqqət kəşfiyyata verilir. “Mossad” büdcəsinin əhəmiyyətli bir hissəsi anti-İran səylərinə sərf edilir. Baş qərargahın sabiq başçısı Benni Qantz dövründə bütün səyləri genişləndirmək və büdcənin çoxunu İrana və onun (“Hizbullah” kimi) törəmələrinə qarşı “müharibəyə” ayırmaq üçün xüsusi direktiv imzalanıb. Bu, İsrailin daha az təhlükəli cəbhələrdə davam edən təhlükəsizlik işləri hesabına baş tutub.
Əslində, İran uzun illər İsrail kəşfiyyat siyahısında birinci yerdə olub. Əksinə, İsrail İranın Kəşfiyyat Nazirliyindəki siyahıda yalnız ikincidir. Maraqlıdır ki, keçmişdə, şahı dövründə İran kəşfiyyatı “Mossad”ın yüksək səviyyəli, təmkinli və sadiq tərəfdaşı olub. Bu iki orqan bir-birinin qabiliyyətlərini bilir və məlumat mübadiləsi edirdi. “Mossad” Tehranda mühüm, geniş şəbəkəyə sahib idi. İndi əksinədir, onlar döyüşürlər.
İsrailin daxili təhlükəsizliyi və casusluq əleyhinə cəhdlərin qarşısını almalı olan “Şin Bet” Seqevin ifşası üçün əməliyyat keçirib. Onun fəaliyyətinə təpki verməkdə heç bir problem olmayıb (onu ifşa etmək, təsirsizləşdirmək və ya İran fəaliyyətinə mane olmaq və “təkrar istifadə etmək” (ikiqat casus kimi)). Seqevin xəyanətkar təbiəti kəşfiyyat məsələləri ilə əlaqədar ona etibar etməyin qeyri-mümkünlüyü anlamına gəlib, buna görə də, o, aşkar edilib. Beləliklə, ötən həftə rəsmi olaraq “müharibə dövründə düşmənə yardım” ittihamları ilə günahlandırılıb.
İsraildə İran kəşfiyyatı “Mossad”ın qarşılaşdığı ən mühüm düşmən casusluq təşkilatı kimi qəbul edilir. 1970-ci və 1980-ci illərdə “Ettelaat” bir çox metodları və məcmu peşəkar bilikləri “Mossad”ın özündən, təşkilatlar arasında səmərəli əməkdaşlıq nəticəsində əldə edib.
İsrailli yüksək səviyyəli bir təhlükəsizlik qaynaqına görə, İranın İslam İnqilabı Keşiokçiləri Korpusunun kəşfiyyat şöbəsi də daxil olmaqla, əlavə casusluq qurumları var. “Son illər israilli HUMINT (insan-kəşfiyyatçı) cəlb etmək üçün çox səy sərf edilib, – “Mossad”ın elit rəhbəri “əl-Monitor”a anonimlik şərti ilə bildirib. – Bildiyimiz kimi, onlar çox məhdud müvəffəqiyyət qazanıblar. Seqev taclarındakı brilyant idi. İsrailin təsəllisi bu brilyantın, deyəsən, saxta olmasıdır. Yetərincə iri, lakin real dəyəri olmayan brilyant…”
MilliYol.Az
Digər xəbərlər
loading...