Merkel Tehranın Yaxın Şərqdəki fəaliyyətini dayandırrmağa çağırdı
Almaniya kansleri Angela Merkel Avropanı İranın Yaxın Şərqdəki “aqressiv” fəaliyyətlərinə qarşı təcili tədbirlər görməyə çağırıb: “İranın aqressiv meylləri təkcə müzakirə edilməli deyil, bunların təcili qaydada həllinə ektiyac var”.
İyunun 21-də İordaniya kralı Abdullahla Əmmandakı görüşündən sonra verdiyi bəyanatda Almaniya kansleri deyib ki, Avropa ölkələri İranla 2015-ci ildə imzalanmış nüvə sazişinin saxlanmasına çalışsalar da, Tehranın ballistik raket proqramından, Suriyaya müdaxiləsindən və Yəməndə davam edən qanlı müharibədəki rolundan narahatdırlar.
Ötən may ayında ABŞ prezidenti Tramp öz ölkəsini 2015-ci il sazişindən çıxarıb. Tramp dəfələrlə bildirib ki, İranla bağlanmış saziş qüsurludur və Tehranın raket proqramını və İranın Yaxın Şərqdəki zərərli fəaliyyətini nəzərə almır.
İran Yaxın Şərq boyunca müxtəlif qruplaşmaları dəstəklədiyini danır və bildirir ki, onun nüvə proqramı dinc, raket proqramı isə müdafiə xarakteri daşıyır.
Almaniya 2015-ci il sazişində qalıb və Vaşinqtonun da bu razılaşmada qalması üçün uğursuz cəhdlər göstərib. Merkel bunu da bildirib ki, İranın Suriyanın İordaniya sərhədinə yaxın bölgəsində olması səbəbilə kral Abdullahın narahatlığını bölüşür. Tehran Suirya müharibəsindəRusiya ilə birlikdə Bəşər əsəd rejimini dəstkləyir.
MilliYol.Az
Digər xəbərlər
loading...