ABŞ-da ağdərililərin sayı azalmağa başlayıb
Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Əhalinin Statistika Bürosu yayıb. Büro 2016-cı ildən 2017-ci ilə qədərki dövr ərzində ağdərili amerikalıların sayının 31.516 nəfər azalaraq, 197,8 milyon nəfərə çatdığını bildirib.
Yayımlanan hesabatda 2017-ci ildə Latın Amerikası ölkələrindən gəlmə amerikalıların sayının 2,1% artaraq, 58,9 milyon nəfərə, afroamerikalıların sayının 1,2% artaraq 47,4 milyon nəfərə, əslən asiyalı olan amerikalıların sayının isə 3,1% artaraq 22,2 milyon nəfərə çatdığı vurğulanıb.
Büro Avropadan ABŞ-a olan miqrant axınının azalmasının ağdərililərin sayının azalmasına şərait yaratdığını açıqlayıb. Azalmaya başqa bir səbəb kimi ABŞ-dakı bu qrupun yaşlanma prosesi göstərilib:
“Ağdərili amerikalıların sayı 2045-ci ildə 50%-dən aşağı ola bilər. Bu isə onları milli azlığa çevirəcək”.
Digər xəbərlər
loading...