“GünayBank”ın hesablarından 100 milyon manat mənimsəyən bank idarə heyətinin sədr müavini Emin Zeynalov saxlanılıb. Bu barədə Haqqin.az sayıtı xəbər yayıb
Bildirilir ki, Zeynalov DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Qeyd edək ki, Zeynalovun çırpışdırıdığı pulları ofşor zonasındakı banklara köçürdüyü bildirilir. E.Zeynalov ölkənin əri banklarından biri olan “GünayBank”ın departamentinə rəhbərlik edib. 2017-ci ilin aprelində o, GünayBank-ın idarə heyətinin sədr müavini vəzifəsinə irəli çəkilib.
Bankın əsas səhmdarı tanınmış biznesmen Mahmud Məmmədov və onun xanımı Yeganə Şirinovadır. Onlar bankın səhmlərinin 89,76 faizinə sahibdirlər. Mahmud Məmmədov bankın müşahidə şurasına rəhbərlik edir.
Qeyd edək ki, “GünayBank” ASC-də baş verən fırıldaqların Mahmudun xəbəri olmadan baş verməsi mümkünsüz sayılır.
MilliYol.Az
Digər xəbərlər
loading...