Leonid Berşidski
“Bloomberg”
Rusiya milli futbol komandasının oyunçusu Artyom Dzyuba 2018-ci il Dünya çempionatında, Səudiyyə Ərəbistanı və Misirlə hər matçda bir qol vurub. O, şübhəsiz, təəccüblü zahiri dəyişikliklərdən ibarət hadisənin ən uyğun rəmzidir.
Moskvanın dəmir-beton “gecəqondusu”ndakı 6 fut-5 düymlü mənzilin sahibləri – milis əməkdaşı və mağaza satıcısının dəlisov oğlu bir dəfə “Spartak”da (Moskva) komanda yoldaşından nağd pul oğurlamaqda ittiham edilib (bunu inkar edirdi) və ikinci dərəcəli Sibir klubuna sürgün olunub. İndi o, təxminən 30 yaşındadır və futbol karyerası sona yaxınlaşır.
Ötən mövsümü o, Rusiya Premyer Liqasında yeddinci yeri tutan “Arsenal”da (Tula şəhərində) keçirib. Dünya Kubokunda isə heç kimin gözləmədiyi oyun sərgiləyərək, sərbəstlik və coşqu doğurur.
Ronaldinyu və ya Filippe Koutinyu kimi yüngül ayaqlı braziliyalı ulduzlara oxşadılaraq rusiyalı azarkeşlər zarafatla onu Dzyubinyo adlandırırlar. Ancaq Misirlə oyunda bir alman şərhçisi Dzyubanı “Technisch klasse” (“Yüksək klasslı oyunçu”) – mövcud dünya çempionunun ölkəsində ən yüksək iltifatla mükafatlandırıb.
Bütün Rus komandası gözləntiləri doğrultmalıdır: Sovet İttifaqının süqutundan sonra o, ilk dəfə zəif rəqiblərini məğlub edib, azarkeşlərin illərdir gördüklərindən daha ruhlandırıcı oyun oynayır. Lakin Dzyubanın transformasiyası Dünya Kubokuna ev sahibliyi edən ölkəyə və xüsusilə paytaxtına gətirdiyi dəyişikliklər haqqında xaricilər və rusların yazdıqlarına uyğundur.
Mən yalnız bir neçə gündür yox, uzun müddətdir orada olanların dediyini çatdırıram: “Bu, tanıdığım Moskva deyil”.
Moskvada yaşayan alman jurnalist və bloqer Katrin Şeybin yazdığına görə, “taksi sürücüləri artıq avtomobildən düşüb sizin üçün qapı açırlar. Xalq axşamları küçələrdə yüksək səslə mahnı oxuyur. Əvvəllər bir çox şeylər: posterləri sökülməsi, abidələrə qalxma və s. dərhal dayandırılar və ya həbsə gətirib çıxara bilərdi, amma indi polislər buna əl yelləyirlər”.
“Bloomberg”-in yazarı Skott Rouz “tweet” atıb: “Heç vaxt şəhərin mərkəzində gəzişən çox sayda xoşbəxt insan görməmişəm”.
Bu dostsevər, eyş-işrət havalı şəhərin – Moskvanın sovet keçmişi və Putin dövründə oğurlanmış pullarla boyanmış qəşəng görünüş arasında sıxışan elə həmin köhnə metropolis olduğunu xatırlamaq üçün səy göstərilməlidir. Bəli, bu qonşularının ərazisinə soxulmağa hazır və onları işğalla təhdid edən, siyasi məhbusları olan və qeyri-Avropa səviyyəsində zorakılığın mövcud olduğu ölkənin paytaxtı, Vladimir Putin şəhəridir! Bəli, o, Dzyuba kimi möhtəşəm futbol oynayan “ayı”dır!
Putin əleyhinə iqtisadi şərh yazan Kirill Roqov qeyd edir: “Avtoritar rejimlərin kasıb olduğu, demokratiyaların isə zəngin göründüyü dünya nə qədər gözəl idi (əlbəttə ki, biz bunu dərk etməmişik). İndi avtoritar rejimlər zənginləşib və onların işığında demokratik ölkələr, bir növ, xəsis ölkələrə və cəhənnəmə oxşayır. Avtoritarlar ümid verirlər: “Bu Dünya çempionatıdır”.
Roqov kimi, mən də Moskvada doğulmuşam; ikimiz də onun necə bayramı qeyd etdiyini, kədərləndiyini, dağıldığını və döyüşdüyünü görmüşük. Lakin ondan fərqli olaraq, mən bu günlərdə Putin rejimi tərəfindən taxılan maska arxasındakı şəhərin dünyaya göstərdiyi simanı görmürəm.
1980-ci il Olimpiadasının şahidləri şəhərin nə qədər boş olduğunu xatırlayırlar. Hökumət sərxoşlar, dilənçilər və köhnə məhkumları köçürmüşdü. “Təxribatlar”dan qorxduqları üçün valideynlərə uşaqları yay düşərgəsinə, ya da şəhər xaricinə göndərmək tapşırılmışdı. Mağazalar birdən-birə moskvalıların yalnız filmlərdə gördüyü ərzaqlarla dolmuşdu. Hətta “Fanta” vardı! Mən cəmi doqquz yaşında olsa da bunu xatırlayıram; anam məni şəhərdən kənara “dincəlməyə” göndərməmişdi.
Bu oyunlar vaxtı sevimli mahnı müəllifi Vladimir Vısotski öldü. Onu görmək üçün toplanan kütlə o günlərdə gördüyümüz ən qəzəbli nümayiş oldu. Real Moskva Leonid Brejnevin Olimpiadasına paralel kainatda mövcud idi.
Bu indiki Moskvaya şamil deyil. Şənliklər realdır və yerli əhali onların istəkli iştirakçılarıdır. Əyləncə hoqqa deyil və ya xüsusi qurulmuş səhnədə nümayiş etdirrilmir. Moskvanın Dünya Kuboku dövründə yaşadığı hər şey mundialdan sonra da orada qalacaq, hər şeyə maraq göstərən perulular və bundan da pisini gözləyən avropalılar istisna olmaqla.
Bundan başqa, bəlkə bir şey itkin olacaq. Katrin Şeybin xatırlatdığı “cazibədar polislər”i hələ xatırlayırsınızmı? Son azarkeşlər gedəndən bir gün sonra onlar yenə də prospektdə və metro stansiyasına yaxınlıqda pivə içmək üçün toplanan insanları (Rusiyada qanunla qadağan edilib) ovlayacaqlar; ucadan gülən və ya yüksək səslə mahnı oxuyanlarla qarşılaşdıqda, artıq buna barmaqarası baxmayacaqlar. İnsanlar plakatlarla küçəyə çıxdıqda, rezin dəyənəıklərdən istifadə edəcəklər.
Putin rejiminin birgünlük reallığı Brejnevin çökən “inkişaf etmiş sosializmi”ndən dramatik şəkildə fərqlənmir. Dünya Kuboku bu fərqin necə asanlıqla qaldırılacağını göstərir. Bir az daha ağlabatan qaydalar, daha az paranoya, insanlara daha az təzyiq, daha az “vətənpərvərlik” təbliğatı və azaldılmış mühasirə zehniyyəti… Bütün bunları bir aylıq və ya çox dəqiq aradan qaldırmaq çətin deyil. Amma niyə əbədi olmasın? Dzyuba yalnız bu iki matçda olduğu kimi oynaya bilərmi? Bu mümkün ola bilər. Günlərin bir günü…
MilliYol.Az
Digər xəbərlər
loading...