Erməni iş adamı Qagik Çarukyan Ermənistan İdman və Gənclər Nazirliyinə müraciət edərək, oğlu Nvera Çarukyanın adının hərbi xidmətdən möhlət alanlar siyahısından çıxarılmasını tələb edib. Bu barədə “Jamanak” qəzeti məlumat yayıb
“Çarukyanın bu addımını nəcib hərəkət kimi təqdim etməyə çalışırlar. Lakin əslində mahiyyət tam fərqlidir. Belə ki, oğul Çarukyanın orduda xidmət öhdəliyindən azad edilməsindən sonra baş nazir Nikol Paşinyan İdman naziri Levon Vaqradyanı yanına çağırıb və ona bu vəzifənin öz himayədarlarının övladlarını qorumaq üçün verilmədiyini bildirib. Paşinyan oğlunun Qarabağda xidmət etmək istədiyini və buna görə də heç bir məmurun və oliqarxın oğlunun hərbi mükəlləfiyyətdən imtina etməsinə dözməyəcəyini deyib”, – deyə qəzet bildirib.
Qeyd edək ki, bundan öncə Paşinyan oğlunu Qarabağda hərbi xidmətə yollayacağını bəyan edib.
MilliYol.Az
Digər xəbərlər
loading...