Prezident İlham Əliyev Masallı və Biləsuvardan sonra Salyan rayonuna səfər edib. MilliYol.Az azərtac-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə Salyan şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov abidənin ətrafında və rayonda görülmüş işlər barədə İlham Əliyevə məlumat verib.
* * *
Bu gün Salyan şəhərinə Şirvan-Muğan magistral su kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılışı olub.
Prezident İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident su xəttini işə salıb.
* * *
Prezident Salyan Tarix-Diyarşünaslıq Muzeyinin açılışında da iştirak edib. Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib və muzeydə yaradılmış şəraitlə tanış olub.
* * *
İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun bu rayonun ərazisindən keçən 21,4 kilometrlik (31-ci kilometrdən 54,4 kilometrədək) hissəsinin açılışında iştirak edib. Dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verilib. Prezident yolun rəmzi açılışını bildirən lenti kəsib.
* * *
Salyanın “Babazənan” yaşayış massivini şəhərin mərkəzi ilə birləşdirən, Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpü istifadəyə verilib. İlham Əliyev körpünün açılış mərasimində iştirak edib.
Dövlət başçısına körpünün texniki göstəriciləri barədə məlumat verilib. Prezident körpünün rəmzi açılışını bildirən lenti kəsib.
* * *
İlham Əliyev Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...