"Zirə"nin futbolçusu Adil Nağıyev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətindən kənarlaşdırılıb. MilliYol.Az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, avqustun 24-dən etibarən Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq prosesi ərzində keçirdiyi 2 yoxlama oyununda imkanlarından aşağı səviyyədə çıxış etdiyi üçün Adil Nağıyev (“Zirə” FK) baş məşqçinin qərarına əsasən yığmanın toplanışından klubunun düşərgəsinə göndərilib.
MilliYol.Az
Digər xəbərlər
loading...