Ermənistan İstintaq Komitəsi “Yans” restoranlar şəbəkəsində əməliyyat-axtarış tədbirləri həyata keçirib
Azvision.az xəbər verir ki, “Selena” şirkətinə məxsus restoranlar kompleksində külli miqdarda maliyyə fırıldaqçılığı və mənimsəmə faktları aşkarlanıb.
İstintaq Komitəsinin mətbuat xidməti bildirib ki, kompleksin mühasibi 2012-ci ilin oktyabrından 2017-ci ilin mayınadək sifarişlər və maliyyə vəsaitlərilə bağlı məlumatları saxtalaşdıraraq fərdi şəkildə, yaxud da menecerin köməyi ilə 25 milyon dram pul mənimsəyib.
Açılan cinayət işi çərçivəsində həmçinin, “Selena” şirkətinin direktoru S.Karapetyanın və şirkətin faktiki sahibi R.Beqlaryanın evlərində də axtarış həyata keçirilib. Nəticədə 2 ədəd odlu silah və 1 milyon dollardan çox pul aşkarlanıb.
Qeyd edək ki, “Yans” restoranlar kompleksi Vaçaqan Kazaryana məxsusdur. Kazaryan Ermənistanın sabiq prezidenti, etiraz aksiyaları nəticəsində istefa verən baş nazir Serj Sarkisyanın təhlükəsizlik xidmətinin rəisi olub.
MilliYol.Az
Digər xəbərlər
loading...