Özbəkistanın mərhum prezidenti İslam Kərimov dəfn olunub. MilliYol.Az xəbər verir ki, dövlət başçısı Səmərqənddəki Şahi-Zinda adlı qədim məzarlıqda, valideynlərinin yanında torpağa tapşırılıb.
Onların qəbri XIX əsr Həzrəti-Xızır məscidinin ətrafındadır. Son 20 ildə Şahi-Zindada heç kim dəfn olunmayıb. Amma Özbəkistanının birinci prezidenti üçün istisna edilib.
İslam Kərimovla vida mərasimi Səmərqəndin mərkəzindəki Registan meydanında təşkil edilib. Dəfndə iştirak etmək üçün 17 ölkədən nümayəndə heyəti gəlib. Xüsusi halda, Səmərqəndə Əfqanıstan, Tacikistan və Türkmənistan prezidentləri, Belarus, Gürcüstan, Rusiya, Qazaxıstan və Qırğızıstanın baş nazirləri, həmçinin Çin, Cənubi Koreya və Ukraynanın baş nazirin müavinləri gəlib.
Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti təmsil edib. O.Əsədovla yanaşı, nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, xarici işlər nazirinin müavini Xələf Xələfov və başqa rəsmilər daxildir.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...