“Bu ilin aprelində Gəncə Beynəlxalq Klinikasına yerləşdirilən sabiq vergilər naziri Fazil Məmmədov bu gün də orada müalicəsini davam etdirir”. Bu barədə musavat.com məlumat yayıb
Məumatda bildirilir ki, sabiq vergilər naziri Fazil Məmmədov tənha qalıb. Bir neçə ay əvvələ qədər əmrinə müntəzir olan, onun sayəsində yüksək mənsəb sahibinə çevrilmiş bir çox məmur artıq sabiq nazirlə məsafə saxlamağa başlayıb. Hətta sabiq nazirin təqdimatı ilə Şəmkiriə icra başçısı olan Alimpaşa Məmmədov Gəncə ilə Şəmkir arasındakı 15-20 dəqiqəlik yolu qət edib Fazil Məmmədovu yoluxmaq əziyyətinə qatlaşmaq belə istəməyib. Onun kreslosunu qorumaq üçün belə bir addım atdığı bildirilir.
F.Məmmədovun təyin etdirdiyi sabiq və keçmiş icra başçıları da ona baş çəkməyib. Söhbətlər dolaşır ki, həmin icra başçılarını F.Məmmədov vəzifəyə təyin etdirsə də, onlar vəfasızlıq ediblər. Bunu dönüklük kimi qiymətləndirən də, kreslosunu qorumaq istəyi ilə əlaqələndirənlər var.
Onu da əlavə edək ki, 53 yaşı olan Fazil Məmmədovun hansı xəstəlikdən əziyyət çəkdiyi, müalicə kursunun nədən ibarət olduğu son zamanlara qədər sirr olaraq qalırdı. Mətbuatda yazılanlardan məlum olur ki, F.Məmmədovun səhhətindəki problemlər orqanizmindəki radioaktiv şüalarla bağlıdır. İddiaya görə, keçmiş nazir 1986-cı ildə baş verən Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olub. Səhhətindəki problem də məhz o zamandan başlayıb. Çernobıla yardıma gedənlər və orada xəstəlik tapanlar keçmiş SSRİ ölkələrində qəhrəman kimi qəbul edilsələr və “müharibə veteranı” statusuna malik olsalar da, Fazil Məmmədovun bu statusdan heç zaman istifadə etmədiyi deyilir. Əksinə, vaxtilə etdiyi bu fədakarlığı, ümumiyyətlə, tərcümeyi-halında göstərməyib.
Saytın məlumatında o da bildirilir ki, Alimpaşa Məmmədov bəlli dairələrə Fazil Məmmədova qarşı ifadə verməyə, necə deyərlər, onu “satmağa” hazır olduğunu deyib : “Bir şərtlə ki, ona toxunulmasın. Yaxın günlərdə Şəmkirin icra başçısının bu təklifinin nə qədər keçərli olub-olmadığı bilinəcək…”
MilliYol.Az
Digər xəbərlər
loading...