Biz yazmaqdan yorulduq, məmurlar ağac kəsməkdən yorulmadı. Biri bina tikib ağac kəsir, biri ticarət mərkəzi, başqa biri də yol çəkir... Hərə bir səbəbdən qənim kəsilir Bakının yaşıllıqlarına. Nə mətbuatın yazdıqlarına məhəl qoyulur, nə də vətəndaşların etirazına. Deyirlər siz istədiyinizi danışın, biz də öz bildiyimizi edək...
Bu gün Bakıda növbəti "ağac soyqırımı" başlayıb. Bu dəfə yol genişləndirmək fikrinə düşən "Azəravtoyol” ASC yaşıllıqlara qənim kəsilib.
Moskva prospektinin 20 yanvar dairəsi yaxınlığında yol genişləndirən "Azəravtoyol” ASC 30-a yaxın ağacı məhv edib. Özü də ağaclar yerindən çıxarılmaq əvəzinə, kük hissəsindən kəsilərək qaldırıcı kranlarla yük maşınlarına yüklənərək aparılır. Bu prosesin 3 gün davam edəcəyi deyilir. Yəni 3 gün ərzində onlarla ağac - Bakının oksigen mənbəyi məhv ediləcək. (qaynarinfo.az)
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...