Aslan Gagiyev isə həbsinin siyasi sifariş olduğunu iddia edir
Rusiyanın Daxili İşlər Nazirliyi bildirir ki, sislsilə sifarişli qətllərdə əli olması iddia edilən kriminal avtorirtetlərdən biri aylarla davam edən hüquqi çəkişmədən sonra Avstriya tərəfindən Moskvaya ekstradisiya edilib.
Nazirliyin sözçüsü İrina Volk iyunun 20-də deyib ki, həm də “Dzhako” ləqəbi ilə tanınan 47 yaşlı Aslan Gagiyev polisin müşayiəti ilə Moskvaya göndərilib.
Bundan əvvəl Avstriya Ali Məhkəməsi Gagiyevin ekstradisiya əleyhinə apellyasiyasını rədd edib. Volk bidlirib ki, Gagiyev kriminal dəstə təşkil etmək, quldurluq, qətl, silah qaçaqmalçılığı və mənimsəmədə ittiham edildikdən sonra, 2013-cü ildə Rusiyadan qaçmışdı.
Rusiya Gagiyevi Şimali Osetiyanın mərkəzi şəhəri Vladikavkazın meri də daxil, 60-dək adamın qətlində ittiham edir. Volk məlumat verib ki, Gagiyev hüquq-mühafizə orqanları rəislərinin, vəzifəli rəsmilərin və tanınmış biznesmenlərin sifarişli qətllərində əli olmaqda şübhəli bilinir. Rusiya İstintaq Komitəsi bildirib ki, bu kriminal dəstənin indiyədək 22 üzvü həbs edilib. Onlardan bəzilərinə ömürlük həbsxana cəzası verilib.
Gagiyev 2015-ci ildə Vyananın dəmiryolu vağzalında beynəlxalq order əsasında həbs olunmuşdu. Avstriya əvvəlcə Rusiyada hüquqlarının pozulacağından narahat olduğuna görə Gagiyevi Rusiyaya təslim etməkdən imtina etmişdi. Bundan sonra, 2016-cı ilin fevralında Gagiyev 100 min avro zamin pulu ödəyərək sərbəst buraxılmışdı.
Lakin o apellyasiyası rədd edildikdən sonra, 2017-ci ildə təkrar həbs olunmuşdu. Gagiyev ona qarşı bütün ittihamları rədd edir və bildirir ki, onun ekstradisiyası siyasi motivlidir.
MilliYol.Az
Digər xəbərlər
loading...