Ağsu sakini həyat yoldaşını namaz qıldığı yerdə bıçaqlayıb
MilliYol.Az “Xezerxeber.az”a istinadən xəbər verir ki, hadisə rayonun Qaraqaşlı kəndində olub.
Məlumata görə, kişi arvadını öldürmək üçün onu kürək, qol, bilək və sinə nahiyyəsindən bıçaqlayıb.
Ailə üzvlərinin bildirdiyinə görə, qadın namaz qılarkən kişi arxadan qəflətən ona hücum edərək bıçaqlamağa başlayıb.
26 yaşlı Şəbnəm Həsənli təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Xeyli qan itirən qadının vəziyyəti ağırdır.
Hadisəni törədən şəxsin tapılması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Digər xəbərlər
loading...