Rusiyanın bir nömrəli qanqsteri hesab edilən “Cako” ləqəbli Aslan Qaqiyev Avstriyadan bu ölkəyə ekstradisiya edilib
Musavat.com-un Rusiya KİV-lərinə istinadən məlumatına görə, 2014-cü ildə Vyanada saxlanılan Qaqiyev Avstriyada sığınacaq almaq istəsə də, buna nail ola bilməyib.
Məlumata görə, o, 2004-cü ildə mütəşəkkil cinayətkar dəstə yaradaraq, sifarişli sui-qəsdlər həyata keçirib. İstintaqın qənaətinə görə, o, ən azı 60 nəfərin ölümündə günahkardır. Onun qurbanları arasında Vladiqafqazın meri Vitali Qarayev, Şimali Osetiya respublikasının baş nazir müavini Kazbek Paqiyev, deputatlar, bankirlər, iş adamları var.
Qaqiyevin bandasına 50 nəfərədək adam daxil olub. İndiyədək onlardan 17 nəfəri ömürlük həbs cəzası alıb, daha 14-nün məhkəməsi gedir, 8 nəfəri barəsində federal axtarış verilib, yerdə qalanları öldürülüb.
Qaqiyevin məhkəməsinin olduqca hay-küylü keçəcəyi gözlənilir.
Digər xəbərlər
loading...