Prezident İslam Kərimovun vəfatından sonra Özbəkistanın güc strukturları gücləndirilmiş iş rejiminə keçib.
Publika.az “Sputnik”ə istinadən xəbər verir ki, Özbəkistanın Daxili İşlər Nazirliyi strateji obyektləri, ictimai yerləri nəzarətə götürüb. Məqsəd fövqəladə vəziyyətlərin qarşısını almaqdır.
Mənbə qeyd edib ki, güc strukturları ölkə əhalisinin təhlükəsizliyini terror qruplaşmaları və ekstremistlər tərəfindən mümkün təxribatlardan sığortalamaq üçün bu addımı atır.
“Kəşfiyyatın işi gücləndirilib, strateji obyektlər güclü mühafizə altına alınıb”, - deyə mənbə bildirib.
Bu gün Səmərqənddə İslam Kərimovun dəfn mərasimidir. Mərasimdən sonra parlamentin hər iki palatasının birgə iclası keçiriləcək. İclasda prezidentin səlahiyyətləri müvəqqəti olaraq, Senatın Ali Məclisinin sədri Niqmatille Yuldaşeva veriləcək.
Qanunvericilik üzrə üç ay ərzində yeni prezident seçkiləri keçirilməlidir.
Özbəkistan hakimiyyəti prezident seçkilərinə qədər ölkənin ciddi təhlükələrlə üzləşə biləcəyindən ehtiyat edir. Xüsusilə Əfqanıstandakı terrorçuların sərhədlərə hücuma keçəcəyi təhlükəsi aktualdır.
MilliYol.Az
Digər xəbərlər
loading...