“Aprel döyüşlərində Azərbaycan 18 döyüş mövqeyini və 8 milyon kvadratmetrdən çox əraziləri ələ keçirib”. Bu barədə həbsdə olan “Yeni Ermənistan” hərəkatının rəhbəri Jirayr Sefilyan sentyabrın 2-də keçirilən məhkəməsində çıxışı zamanı deyib.
O, Ermənistan hakimiyyətinin çox şeyi gizlətdiyini bildirib: “Sarkisyan Ermənistana xəyanət etdi. Bugünkü sabitlik aldadıcıdır. Azərbaycan müharibə variantını həmişə gündəmdə saxlayır".
J.Sefilyan erməni hərbiçilərinə müraciət edərək, onları Sarkisyana qarşı qiyama qalxmaq çağırışı edib.
Qeyd edək ki, aprel döyüşlərində Azərbaycan Ordusu işğal altında olan ərazilərin 2 min hektarını düşməndən azad edib.
J.Sefilyan Ermənistan hakimiyyətinə qarşı çıxdığı üçün onu həbs ediblər. İyulun 17-də Sefilyanın tərəfdarları polis binasını ələ keçirərək, onun azad olunması tələbi ilə çıxış edib. Sonra Sarkisyan hakimiyyəti qiyamın qarşısını alıb. (Publika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...