"2003-cü ilə nisbətən bu ilin əvvəlində Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 11,3 faiz artıb"
APA-nın xəbərinə görə, bunu "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının plenar iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.
O bildirib ki, əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi də artıb.
2017-ci ildə 96 nəfər insan alveri qurbanına lazımi köməkliyin göstərildiyini vurğulayan nazir müavini qeyd edib ki, uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş uşaqlar üçün 120 mənzilli üçüncü binanın inşasına başlanılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...