Ötən yazımızda 2018-ci ilin yanvar ayının 29-da Prezident İlham Əliyev cənablarının iştirakı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezidentə yalan danışan "Qara inək fermer təsərüfatı" MMC-nin direktoru Fuad Əyyubzadənin daha bir maxinasiyada iştirak etdiyi barədə məlumat vermişdik.
Redaksiyamıza ünvanlanmış şikayət məktubunda qeyd olunurdu ki, F.Əyyubzadənin də "baş rol" aldığı bu maxinasiyada bu ölümünə sayılı günlər qalmış bir insanın - Şahid Həbibullayev adlı sahibkarın səmimiyyətindən sui-istifadə edərək saxta sənədlərlə var-dövlətini talamağa cəhd edilir. Həmçinin burada saxta sənədlərlə yüz minlərlə manatlıq əməliyyatların edildiyi də vurğulanırdı.
Şikayətçi İlqar Həbibullayev məktubunda yazır: "Bu fakt ilə əlaqədar 2017-ci il aprel ayında ASC-nin yerləşdiyi Nərimanov rayon prokurorluğu tərəfindən 170066046 saylı cinayət işi qaldırılmış, lakin həmin işdə hakim Ələsgər Novruzovun iştirakı olduğu üçün daha sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilmişdir. İstintaq vaxtı bir sıra şəxlər, o cümlədən hakim Ələsgər Novruzov dindirilmiş, üzləşmələr aparılmış, faktiki rəhbəri Fuad adlı şəxsin olduğu və saxta maliyyə əməliyyatının aparıldığı «Həkəri» KM-nin fəaliyyəti barədə müvafiq orqanlara sorğu verilmişdir".
Şikayətçi qeyd edir ki, işin araşdırılmasını həyata keçirən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Süleymanov Rəfael ortada qarşı tərəfin iddialarını darmadağın edən çoxsaylı faktların olmasına baxmayaraq məsələyə ədalətli yanaşmır, əksinə, haqsız, daha doğrusu saxtakarlıq edənlərin tərəfini saxlayır.
Əvvəlki yazımızda Azərbaycan Respublikasının Auditorlar Palatasının 16.09.2016-cı ildə SA/039 icazə nömrəli qərarı ilə hər iki müəssisədə aparılan auditin nəticəsini təqdim edəcəyimizi anons etmişdik.
Hər iki müəssisədə aparılan auditin nəticələrini təqdim edirik:
"Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən Auditə icazə N SA/039
Verilmə tarixi 16.09.2016
Müstəqil Auditor Hesabatı
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, baş ədliyyə müşaviri Süleymanov Rəfael Mürşüd oğlu 170066046 nömrəli cinayət işinin materiallarına dair 26 iyul 2017-ci il tarixli mütəxəssis təyin edilməsi haqqında qərar vermişdir. Qərarın icrası mənə həvalə edilmişdir.
Qərarın icrasına 36 iyul 2017-ci il tarixində başlandı və 03 avqust 2017-ci il tarixdə başa çatdı.
“Modern Mexaniki Quraşdırma” MMC “Həkəri” k/m-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 01.11.1993-cü il tarixində 4078 nömrə ilə dövlət qeydoyyatına alınmış (VÖEN 1500227071) hüquqi varisidir. “Modern Mexaniki Quraşdırma” MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya Hüquqi şəxslərinin Dövlət Qeydiyyatı İdarəsində 03.02.2012-ci il tarixlə 1500227071 sayla dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin əvvəlki təsisçisi Quliyev Hüseyn Süleyman oğlu olmuşdur.
“Modern Mexaniki Quraşdırma” MMC təsisçilərinin dəyişməsi ilə əlaqədar 06.02.2012-ci il tarixlə təkrar dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin təsisçisi Həsənov Samir Firdusi oğlu 10,00 manat, 10 pay, nizamnamə kapitalı 100 % paya malikdir.
Qərarda aşağıdakı suallar qoyulmuşdur:
170066046 nömrəli cinayət işi üzrə “Həkəri” k/m və sonradan onun hüquqi varisi olmuş “Modern Mexaniki Quraşdırma” MMC ilə “Magistral-Exspress” ATSC arasında 13 dekabr 2011-ci il və 10 yanvar 2012-ci il tarixlərdə ümumi olaraq 268000.00 manat məbləğində nağd pul vəsaitinə dair əməliyyatın aparılıb-aparılmaması, həmin əməliyyatın mühasibat uçotunun tələblərinə uyğun olaraq sənədləşdirilib-sənədləşdirilməməsi, əməliyyatın “Həkəri” k/m (“Modern Mexaniki Quraşdırma” MMC-nin) bank-kassa sənədlərində göstərilməsi, “Magistral-Exspress” ATSC-nin kassasına mədaxil və məxaric olunmuş pul vəsaitinin kassa hesabatına aid sənədlərdə tam əks olunub-olunmaması, yaranmış borcun hər iki müəssisənin müvafiq mühasibat uçotuna aid hesablarında göstərilib-göstərilməməsi ilkin sənədlər arasında araşdırma aparılmaqla müəyyən edilməsi, müqayisəli cədvəllər tərtib olunmaqla rəyin verilməsi.
“Magistral-Exspress” ATSC üzrə audit
“Magistral-Exspress” ATSC tərəfindən iki hal üzrə ümumilikdə 268000.00 manat məbləğində “Həkəri” k/m-dən nağd pulun alınmasına dair “kassa mədaxil orderi” tərtib edilmişdir. Yəni, “Magistral-Exspress” ATSC tərəfindən 13.12.2011-ci il tarixli seriya BƏÜ/1 N-012951 saylı kassa mədaxil orderi ilə 150000.00 manat məbləğində “Həkəri” k/m-in nümayəndəsi kimi Həsənov Samir Firdusi oğlundan “13 dekabr 2011-ci il tarixli müqaviləyə əsasən avans ödənilir” adı ilə pulun alınmasına dair mədaxil orderi tərtib edilmişdir. Mədaxil orderi rəhbər, baş mühasib və kassir tərəfindən imza edilməklə dairəvi möhürlə təsdiq edilmişdir.
“Magistral-Exspress” ATSC tərəfindən 10.01.2012-ci il tarixli seriya BƏÜ/1 N-013065 saylı kassa mədaxil orderi ilə 118000.00 manat məbləğində “Həkəri” k/m-in nümayəndəsi kimi Həsənov Samir Firdusi oğlundan “13 dekabr 2011-ci il tarixli müqaviləyə əsasən avans ödənilir” adı ilə pulun alınmasına dair mədaxil orderi tərtib edilmişdir. Mədaxil orderi rəhbər, baş mühasib və kassir tərəfindən imza edilməklə dairəvi möhürlə təsdiq edilmişdir.
13.12.2011-ci il tarixli seriya BƏÜ/1 N-012951 saylı kassa mədaxil orderi ilə 150000.00 manat və 10.01.2012-ci il tarixli seriya BƏÜ/1 N-013065 saylı kassa mədaxil orderi ilə 118000.00 manat, cəmi 268000.00 manat məbləğin “Magistral-Exspress” ATSC tərəfindən üç hal üzrə kassadan çıxışı barədə “kassa məxaric orderləri” tərtib edilmişdir.
Yəni, 14.12.2011-ci il tarixli N- 0417 saylı məxaric xəzinə orderi ilə 150000.00 manat məbləğində Həbibullayev Şahid Məməş oğluna “dövriyyə vəsaitinin artırılması üçün alınmış vəsait geri qaytarılır” adı ilə məxaric xəzinə orderi tərtib edilmişdir. Məxaric xəzinə orderində “rəhbər”, “baş mühasib”, “xəzinədar” və “aldım” sözlərinin qarşısında imzalar vardır. 10.01.2012-ci il tarixli N- 0446 saylı məxaric xəzinə orderi ilə 14080.00 manat məbləğində Həbibullayev Şahid Məmiş oğluna “dövriyyə vəsaiti geri qaytarılır” adı ilə məxaric xəzinə orderi tərtib edilmişdir. Məxaric xəzinə orderində rəhbərin, baş mühasibin və xəzinədarın imzaları vardır. Lakin pulun alınmasına dair imza edilməmişdir. 10.01.2012-ci il tarixli N- 0448 saylı məxaric xəzinə orderi ilə 103920.00 manat məbləğində Həbibullayev Şahid Məməş oğluna “tikinti materialları üçün” adı ilə pulun verilməsinə dair məxaric xəzinə orderi tərtib edilmişdir. Məxaric xəzinə orderində rəhbərin, baş mühasibin və xəzinədarın imzaları vardır. Lakin pulun alınmasına dair imza edilməmişdir.
Kassaya mədaxil və məxaric olunan həmin vəsaitlərlə bağlı “Magistral-Ekspress” ATSC-nin mühasibat registrlərinə və maliyyə hesabatlarına, həmçinin həmin dövrü əhatə edən mənfəət vergisi bəyannamələrinə baxış keçirilərkən aydın oldu ki, 31 dekabr 2012-ci il tarixinə hazırlanmış mühasibat balansı hesabatında 54 nömrəli “Sair qısamüddətli öhdəliklər” maddəsi üzrə 31 dekabr 2012-ci il tarixinə 268000.00 manat, 31 dekabr 2011-ci il tarixinə 150000.00 manat qalıq vəsait göstərilmişdir. 31 dekabr 2012-ci il tarixinə hazırlanmış “İzahlı Qeydlər” hesabatında doqquz nömrəli Qeyd üzrə 31 dekabr 2012-ci il tarixinə 268000.00 manat, 31 dekabr 2011-ci il tarixinə 150000.00 manat qalıq vəsait “Həkəri” kiçik müəssisəsinə olan şübhəli borclar” kimi təqdim edilmişdir. Göstərilən məbləğlərin şübhəli borclar kimi tanınmasının səbəbi cəmiyyətin baş mühasibi işləmiş Həsənov Eldar Hüseyn oğlunun 11.09.2011-ci il tarixli izahatında və xəzinədarı işləmiş Əliyev Sədrəddin Əliş oğlunun 05.09.2012-ci il tarixli izahatında bildirdikləri fikirlər, həmçinin aidiyyatı üzrə kassa mədaxil orderlərinə və kassa məxaric orderlərinə əlavə edilməli olan sənədlərin çatışmazlığı olmuşdur.
Belə ki, 012951 nömrəli 13.12 2011-ci il tarixli kassa mədaxil orderinə əsasən 150000.00 manat və 013065 nömrəli 10.01.2012-ci il tarixli kassa mədaxil orderinə əsasən 118000.00 manat nağd pulun “Həkəri” kiçik müəssisəsindən “Magistral-Exspress” ATSC-nin kassasına avans olaraq ödənilməsi rəsmiləşdirilmişdir. Kassa mədaxil orderində ödənişin təyinatı kimi 13 dekabr 2011-ci il tarixli müqaviləyə əsasən avans olduğu və ödəyən şəxsin adı Həsənov Samir göstərilib. Lakin həmin müqavilə auditə təqdim olunmadığına görə ödənişin təyinatının düzgünlüyünü aydınlaşdırmaq mümkün olmadı. “Magistral-Ekspress” ATSC-nin baş mühasibi Həsənov Eldar Hüseyn oğlu 11.09.2011-ci il tarixli izahatında bildirir ki, 13.12.2011-ci il tarixdə 012951 nömrəli kassa mədaxil orderi ilə mədaxili rəsmiləşdirilən 150000.00 manat nağd pul və 10.01.2012-ci il tarixdə 013065 nömrəli kassa mədaxil orderi ilə rəsmiləşdirilən 118000.00 manat nağd pul “Magistral-Exspress” ATSC-nin kassasına “Həkəri” kiçik müəssisəsi və ya onun hər hansı nümayəndəsi tərəfindən daxil olmamışdır. Həmin orderlərin tərtib olunması cəmiyyətin prezidenti Həbibullayev Şahid Məməş oğlunun göstərişi ilə həyata keçirilmişdir (izahatın surəti əlavə olunur). Cəmiyyətin xəzinədarı Əliyev Sədrəddin Əliş oğlu da 05.09.2012-ci il tarixli izahatında bildirir ki, o, 13.12.2011-ci il tarixdə 150000.00 manat və 10.01.2012-ci il tarixdə 118000.00 manat hər hansı nağd pulu “Həkəri” kiçik müəssisəsinin adından qəbul etməmişdir, o, pulu ödəyən şəxs kimi Samir Həsənov adlı şəxsi tanımır və görməmişdir. Beləliklə, 012951 nömrəli 13.12.2011-ci il tarixli kassa mədaxil orderində əks etdirilən əməliyyatların reallıqda baş verməsi şebhə doğurur.
0417 nömrəli 14.12.2011-ci il tarixli kassa məxaric orderinə əsasən 150000.00 manat və 0446 nömrəli 10.01.2012-ci il tarixli kassa məxaric orderinə əsasən 14018.00 manat nağd pulun “Magistral-Exspress” ATSC-nin kassasından “Magistral-Exspress” ATSC-nin prezidenti Həbibullayev Şahid Məməş oğluna verilməsi rəsmiləşdirilmişdir. Lakin 0446 nömrəli 10.01.2012-ci il tarixli 14018.00 manat dəyərində və 0448 nömrəli 10.01.2012-ci il tarixli 103920.00 manat dəyərində tərtib olunmuş kassa məxaric orderlərində pulun alınması barədə “imza” yerində Həbibullayev Şahid Məmiş oğlunun imzası yoxdur.
Cəmiyyətin xəzinədarı Əliyev Sədrəddin Əliş oğlu 05.05.2012-ci il tarixli izahatında bildirir ki, həmin kassa məxaric orderləri “Həkəri” Kiçik Müəssisəsinin adından 13.12.2011-ci il tarixdə 150000.00 manat və 10.01.2012-ci il tarixdə 118000.00 manat qəbul edilmiş kimi hesab edilən məbləğlərin silinməsi üçün tərtib edilmişdir. Həmin vəsaitlər cəmiyyətin kassasında olmadığına görə cəmiyyətin prezidenti Həbibullayev Şahid Məməş oğluna da hər hansı məbləğ ödənilməmişdir.
Kassa məxaric sənədlərinin düzgünlüyü araşdırılarkən aydın oldu ki, 0417 nömrəli 14.12.2011-ci il tarixli kassa məxaric orderinə əsasən “dövriyyə vəsaitinin artırılması üçün alınmış vəsait geri qaytarılır” adı altında 150000.00 manat vəsaitin Həbibullayev Şahid Məməş oğluna verilmiş kimi göstərilməsinə baxmayaraq, həmin dövrə (tarixə) cəmiyyətin Həbibullayev Şahid Məməş oğluna 80600.00 manat borcu var idi. 2011-ci il üzrə dövriyyə balans cədvəlindən də aydın olur ki, 14.12.2011-ci il tarixinə Həbibullayev Şahid Məməş oğlundan 69400.00 (150000.00-80.600) manat vəsait alınmamışdır, yəni Həbibullayev Şahid Məməş oğlundan 80600.00 manat vəsait (borc) alındığı halda ona 150000.00 manat vəsaitin geri qaytarılması faktı uyğunsuzluq yaradır.
0448 nömrəli 10.01.2012-ci il tarixli kassa məxaric orderinə əsasən 103920.00 manat vəsaitin “tikinti materialları üçün” adı altında Həbibullayev Şahid Məməş oğluna verilmiş kimi göstərilməsinə baxmayaraq, həmin tarixdən sonra Həbibullayev Şahid Məməş oğlu tərəfindən hər hansı tikinti materiallarının alınmasının təsdiq edən sənəd mövcud deyildir.
Beləliklə, verilən izahatların məzmunlarına və məxaric sənədlərindəki çatışmazlıqlara əsasən müəyyən olunur ki, 0417 nömrəli 14.12.2011-ci il tarixli kassa məxaric orderi ilə 150000.00 manat nağd vəsaitin və 0446 nömrəli 10.01.2012-ci il tarixli kassa məxaric orderi ilə 103920.00 manat nağd vəsaitin cəmiyyətin kassaslndan xaric olması ilə bağlı əməliyyatların reallıqda baş verməsi şübhə doğurur.
“Həkəri” Kiçik Müəssisəsi (“Modern Mexaniki Quraşdırma” MMC) üzrə audit
Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 16.06.2017-ci il tarixli 170066046 nömrə ilə “Modern Mexaniki Quraşdırma” MMC-nin Vergi yoxlanılması barədə məlumat verilməsi xahiş edilmişdir.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 13.07.2017-ci il tarixli “Modern Mexaniki Quraşdırma” MMC haqqında sorğuya cavab verilmişdir. Məktubda “Modern Mexaniki Quraşdırma” MMC-nin fəaliyyətinin 12.07.2006-cı il tarixdən 02.01.2008-ci il tarixədək, 12.05.2008-ci il tarixdən 12.05.2013-cü il tarixədək və 11.06.2013-cü il tarixdən 11.06.2018-ci il tarixədək dayandırılmasına dair vergi orqanına arayışlar təqdim edilmişdir. Cəmiyyətin fəaliyyəti üzrə 01.10.2005-ci il tarixdən 01.11.2006-cı il tarixədək olan dövr əhatə edilməklə səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 31.01.2007-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07.03.2000-ci il tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydaları”na uyğun olaraq qeyd olunan səyyar vergi yoxlaması materialı saxlama müddəti bitdiyi üçün mhv edilmişdir.
Göründüyü kimi, “Həkəri” k/m 12.05.2008-ci il tarixdən 12.05.2013-cü il tarixədək olan dövr üzrə (60 ay) fəaliyyətinin müvəqqəti dayandırılması barədə Vergi orqanına müvafiq Arayış təqdim etmişdir və bu fakta əsasən müəyyən olunur ki, “Həkəri” k/m tərəfindən hər hansı təsərrüfat əməliyyatları baş verməmişdir.
“Həkəri” k/m-də qarşılıqlı üzləşmə aparılması üçün həmin müəssisəyə aid olan 2011-ci ilin dekabr ayının və 2012-ci ilin yanvar ayının kassa sənədləri (kassa mədaxil orderləri, kassa məxaric orderləri və bu sənədlərə aidiyyəti olan digər təsdiqedici sənədlər), 2011-ci ili və 2012-ci ili əhatə edən kassa kitabları, 31.12.2011-ci il tarixinə və 31.12 2012-ci il tarixlərinə maliyyə hesabatları (mühasibat balansı, mənfəət və zərərlər haqqında hesabat) mənfəət vergisinin ödəyicisi olduğu halda 2011-ci il və 2012-ci il üzrə vergi orqanına təqdim olunan mənfəət vergisi bəyannaməsi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu halda 2011-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi (əlavələri ilə birlikdə) və 2012-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi (əlavələri ilə birlikdə) 2011-ci və 2012-ci ili tam əhatə edən bank sənədləri auditə təqdim edilmədiyindən 268000.00 manat məbləğin “Magistral-Ekspress” ATSC-yə ödənilməsi ilə bağlı sənədləşmələrin mühasibat uçotuna dair qanuna müvafiq olub-olmadığı barədə fikir bildirmək mümkün deyildir.
Lakin, Əyyubzadə Fuad Azad oğlu 01.06.2017-ci il tarixli şahidin dindirmə protokolunda göstərmişdir ki, “Magistral-Ekspress” ATSC-nin direktoru mərhum Şahid Həbibullayev ona verilən 268000.00 manat pulu tam olaraq qaytarmışdır. “Magistral-Ekspress” ATSC-nin nə mənə, nə də “Həkəri” k/m-nə borcu vardır. Həmçinin o bildirmişdir ki, Şahid Həbibullayev pulu ondan aldığı barədə qəbz istəməməmişdir. Bu səbəbdən də aralarında rəsmiləşdirmə aparılmamışdır.
Buna görə də hər iki müəssisə arasında borcun olması müəyyən olunmadı.
Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin İ-102 nömrəli “14” noyabr 2007-ci il tarixli Əmri ilə təsdiq edilmiş və Azərbaycan respublikası Ədliyyə Nazirliyi tərəfindən 30 noyabr 2007-ci il tarixdə (şəhadətnamə N-3374) dövlət qeydiyyatına alınmış “Ciddi hesabat blanklarının tətbiqivə uçotunun aparılması Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu qaydalar mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil edilir.
Bu qaydalar ləğv edildikdən sonra Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-02 nömrəli “09” yanvar 2013-cü il tarixli Qərarı ilə yeni təsdiq edilmiş “Ciddi hesabat blanklarının tətbiqivə uçotunun aparılması Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu qaydalar mülkiyyət və təşkilati-hüquqi formasında asılı olmayaraq Azərbaycan respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü bəndinə əsasən Ciddi hesabat blankları təşkilatı-hüquqi formasında asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Həmçinin, bu Qaydaların 3.2-ci bəndində göstərilir ki, ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 26 may 2005-ci il tarixli İ-63 nömrəli Əmri ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri”nə əsasən (Əlavələrdə) o cümlədən nağd pulun rəsmiləşdirilməsini nəzərdə tutan “Kassa mədaxil orderi”nin forma və rekvizitləri təsdiq edilmişdir. Deməli, qanunvericilik təsərrüfat subyektləri tərəfindən nağd pulun mədaxili “Kassa mədaxil orderi” ilə rəsmiləşdirilməsini nəzərdə tutur.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmr N- İ-06 13 yanvar 2009-cu il tarixli “Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları”nın 12-ci bəndində göstərilir ki, ilkin uçot sənədləri ya əməliyyatların baş verdiyi anda, ya da bilavasitə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilirlər.
Həmçinin, bu qaydaların 13-cü bəndində göstərilir ki, ilkin uçot sənədlərində sənədin adı, nömrəsi, kodu, tərtib edilmə tarixi, yeri, sənədi tərtib edən müəssisənin adı, təsərrüfat əməliyyatlarının məzmunu, ölçüləri və məbləği, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı kimi zəruri rekvizitlər əks etdirilməlidir.
Bu Qaydalar Azərbaycan respublikasının Maliyə Nazirliyinin Kollegiyasının Q-03 nömrəli 03 fevral 2016-cü il tarixli qərarı ilə ləğv edilmiş və bu Qərarla da yeni təsdiq edilmiş “kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları”nın 4.1-ci bəndində “Təsərrüfat əməliyyatlarının baş verməsi faktının əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur”, 4.2-ci bəndində “İlkin uçot sənədləri ya əməliyyatların baş verdiyi anda, ya da bilavasitə əməliyyatlar başa çatdırıldıqdan sonra tərtib edilir”, 4.3-cü bəndində “İlkin uçot sənədlərində sənədin adı, nömrəsi, kodu, tərtib edilmə tarixi, yeri, sənədi tərtib edən müəssisənin adı, təsərrüfat əməliyyatlarının məzmunu, ölçüləri və məbləği, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı kimi zəruri rekvizitlər əks etdirilməlidir. Əməliyyatların xarakterindən və kiçik sahibkarlıq subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir”, 4.4-cü bəndində “İlkin uçot sənədlərinin keyfiyyətli tərtibatı, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edilir”, 4.5-ci bəndində “Pul və hesablaşma sənədlərini, maliyyə və kredit öhdəliklərini kiçik sahibkarlıq subyektinin rəhbəri tərəfindən təsdiq olunmuş siyahıya əsasən birinci və ikinci imza etmək hüququ olan şəxslər, mühasib cəlb edilmədikdə birinci imza hüququ olan şəxs imzalamalıdır. Birinci imza kiçik sahibkarlıq subyektində ümumi rəhbərlik funksiyasını, ikinci imza isə mühasibatlığa rəhbərlik funksiyasını icra edən şəxslərə mənsub olur” kimi tələblər əks etdirilmişdir.
Göründüyü kimi yuxarıda göstərilən mühasibat uçotu üzrə aidiyyəti qanunvericiliyin tələbinə görə müəssisədə baş vermiş təsərrüfat əməliyyatları ilkin uçot sənədləri ilə rəsmiləşdirilməlidir.
Audit zamanı Şahid Həbibullayevin “Həkəri” kiçik müəssisəsindən aldığı pulların hara xərclənməsini göstərən sənədlər müəyyən olunmadı.
Auditor hesabataı eyni qüvvəyə malik 2 (iki) nüsxədə tərtib olundu. Bir nüsxəsi sifarişçidə, ikinci nüsxəsi isə sərbəst auditorda saxlanılır.
Odur ki, hesabatı tərtib edib imzalayıram.
Sərbəst auditor A.M.Musayev”
Mənbə: azfakt.com
Digər xəbərlər
loading...