Prezident İlham Əliyev Masallı rayonuna səfərə yollanıb. MilliYol.Az azərtac-a istinadən xəbər verir ki, dövlət başçısı “ASAN həyat” kompleksinin açılışında iştirak edib.
İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, kompleksin inşasına 2015-ci ildə başlanıb və tikinti işləri 2016-cı ilin avqustunda başa çatdırılıb. Dördmərtəbəli kompleks binasının ümumi sahəsi 4 min 246 kvadratmetrdir.
Kompleksdəki “ASAN xidmət” mərkəzində vətəndaşlara 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstəriləcək. Prezident mərkəzin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
* * *
İlham Əliyev Masallıda Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyinin açılışını da edib. Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Prezidentə məlumat verilib ki, Bayraq Meydanının və Dövlət Rəmzləri Muzeyinin inşasına 2014-cü ildə başlanıb və 2016-cı ildə tikinti işləri başa çatdırılıb. Bayraq Meydanının ümumi sahəsi 1,3 hektardır. Meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi quraşdırılıb. Ərazidə geniş yaşıllaşdırma işləri görülüb, dekorativ ağac və gül kolları əkilib. Muzeydə isə Azərbaycanın dövlət rəmzlərini əks etdirən eksponatlar nümayiş olunur.
* * *
Bu gün həmçinin Masallıda uşaq-incəsənət məktəbi istifadəyə verilib. İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət başçısına məlumat verilib ki, məktəbin binası iki mərtəbədən və zirzəmidən ibarətdir. Layihənin icrasına 3,1 milyon manat vəsait xərclənib. Burada 14 sinif otağı, zal, bufet, rəqs otağı, kitabxana, heykəltəraşlıq emalatxanası və s. var.
Prezident məktəbin xor kollektivinin ifasını dinləyib. Sonda xatirə şəkli çəkdirilib.
* * *
İlham Əliyev Masallı şəhərinin içməli su təchizatı layihəsinin (şəhər su və kanalizasiya sisteminin) açılışında da iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildən başlanılıb. Bu məqsədlə Viləşçay su anbarının aşağı byefində sutəmizləyici qurğu inşa edilib, 5 min kubmetr tutumu olan su anbarı tikilib.
Prezident layihənin işə salınmasını bildirən düyməni basıb.
* * *
İlham Əliyev Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, muzeyin inşasına 2014-cü ildə başlanılıb və tikinti işləri 2016-cı ilin iyulunda başa çatdırılıb.
Bildirilib ki, İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə inşaat işlərinin həyata keçirilməsi üçün 2 milyon manat vəsait ayrılıb. Bina üç mərtəbədən ibarətdir. Burada 5 ekspozisiya zalı, fond və iş otaqları, ideoloji mərkəz, rəsm qalereyası fəaliyyət göstərir.
Prezident rəmzi açılışı bildirən lenti kəsib və muzeylə tanış olub.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...