Türkiyə iyunun 21-də F-35 qırıcılarına sahib olacaq
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.
Çavuşoğlu bildirib ki, ABŞ Konqresinin etirazına baxmayaraq, cümə axşamı günü ilk qırıcılar Türkiyəyə gələcək: “Ümumilikdə 100 qırıcının ölkəyə gətirilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, iyunun 18-də ABŞ Senatı 2019-cu il üçün müdafiə büdcəsinin layihəsini qəbul edib və bu büdcə layihəsində Türkiyənin F-35 qırıcılarının istehsalı prosesində iştirakının dayandırılması nəzərdə tutulub. Bu addım rəsmi Ankaranın S-400 komplekslərini almaq niyyəti ilə əlaqələndirilib/Trend.
MilliYol.Az
Digər xəbərlər
loading...