“Birləşmiş Ştatlar miqrantlar üçün düşərgə olmayacaq"
ABŞ Prezidenti Donald Tramp ölkə sərhədlərini qanunsuz olaraq keçməyə çalışan miqrantlarla bağlı danışıb.
Tramp çıxışında ona qarşı yönəlmiş tənqidlərə cavab verib.
“Birləşmiş Ştatlar miqrantlar üçün düşərgə olmayacaq. Siz Avropada və digər yerlərdə nələrin baş verdiyini görürsünüz. Biz icazə verə bilmərik ki, eyni hadisələr ABŞ-da baş versin. Mənim rəhbərliyim dövründə, bu, olmayacaq”.
Xatırladaq ki, apreldən başlayaraq, ABŞ sərhədlərini qanunsuz keçmək cinayət sayılır. Bu səbəbdən sərhəddi illeqal olaraq keçənlər həbsxanaya, övladları isə uşaq düşərgəsinə göndərirlir. Bu addım isə demokratlarla yanaşı, bir sıra respublikaçılar tərəfindən də sərt şəkildə tənqid olunur.
Qeyd edək ki, artıq BMT-nin Baş katibi Antonio Quterreş Tramp administrasiyasını bu “utanmaz siyasət”dən əl çəkməyə çağırıb.
Digər xəbərlər
loading...